Folklor İnstitutunun əməkdaşı Tiranada beynəlxalq simpoziumda iştirak edib
Dekabrın 15-16-da Tirana Universiteti Xarici Dillər Fakültəsi Balkan və Slavyan Dilləri Bölməsi - Türk Dili Bölməsinin təşkilatçılığı ilə “Mehmet Akif Ersoy və yaradıcılığı” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Mehmet Akif Ersoy və əsərlərinin universallığı, Osmanlı və Türk sivilizasiyası, təhsil və kommunikasiya mövzuları simpoziuma qatılan 33 təhsil və elm adamının məruzəsində yer alıb.
Albaniya, Türkiyə və Orta Asiya arasında qurulan mənəvi körpülərdən biri olan simpoziumun fəxri məruzəçisi, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Qalib Sayılov çıxışı zamanı Mehmet Akif Ersoyun təhsil və elmlə bağlı mövqeyinə işıq salıb, Albaniya və Orta Asiya arasındakı mədəni dəyərlərə toxunub.

|