Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
08.12.2021

Heydər Əliyevin Azərbaycan tarixində rolu və onun Ümummilli Liderə çevrilməsinin səbəbləri

Tarixdə şəxsiyyətin rolu məsələsi əsrlər boyu müzakirə mövzusu olmuş, bu barədə müxtəlif fikirlər söylənmişdir. Bir tərəfdə “tarixin axarı görkəmli şəxsiyyət-lərin hərəkəti ilə müəyyən olunur” tipli fikirlər, digər tərəfdə isə “tarixin gedişində şəxsiyyətlər həlledici rol oynamırlar” kimi fikirlər irəli sürülür. Əslində isə, tarix boyu bu məsələlər hər zaman bir-biri ilə sıx bağlı olmuşdur.
Hər bir xalqın tarixində onun dövlətçilik ənənələrinin yaranması və möhkəm-lənməsi üçün onun güclü liderinin olması mühüm şərtlərdən biridir. Tarix sübut edir ki, mənən güclü və bacarıqlı lideri olmayan xalqın müstəqilliyə qovuşması və bu müstəqilliyini əbədi saxlanması mümkün deyildir. Xalqların müstəqilliyi isə məhz onun böyük şəxsiyyətlərinin, ağıllı və uzaqgörən liderlərlərinin varlığı ilə müəyyənləşir. Belə liderlər öz xalqlarının ən çətin günlərində onun düşdüyü ağır vəziyyətdən çıxarılmasında çox mühüm və əvəzsiz rol oynayırlar.
Bu bir həqiqətdir ki, tarix böyük hadisələrlə və böyük şəxsiyyətlərlə yadda qalır. Çünki tarixi böyük şəxsiyyətlər və böyük hadisələr yaradır. Böyük şəxsiyyət-lər isə tarixin yaradıcıları deyil, həm də mənsub olduqları xalqın liderləri olurlar. Belə liderlərin tarixdə rolu isə illər keçdikdən sonra, onlar öz missiyalarını şərəf və ləyaqətlə yerinə yetirdikdən sonra daha da aydın görünür.
Tarix yaratmaq, tarixə qızıl hərflərlə daxil olmaq isə hər şəxsə nəsib olmur. Bunun üçün həmin şəxsdə dərin zəka, istedad, bacarıq, dönməz iradə, siyasi uzaqgörənlik və hadisələri qabaqlamaq bacarığı olmalıdır. Bundan başqa liderlik istedadı olan şəxsdə eyni zamanda xalqına və dövlətinə məhəbbət kimi ali insani xüsusiyyətlər də mövcud olmalıdır. Bütün bu cəhətləri özündə birləşdirən belə şəxsiyyətlərdən, liderlərdən biri də Azərbaycanın müasir tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Bəs Heydər Əliyevi belə əvəzsiz şəxsiyyətə, dahi liderə çevirən səbəblər nə idi? Bu çıxışımızda bunlara aydınlıq gətirməyə çalışacağıq. Birinci və başlıca səbəb kimi onu qeyd edək ki, bu, hər şeydən əvvəl, Heydər Əliyevin fitri dövlətçilik, idarəetmə qabiliyyətinin olması ilə bağlı idi. Heydər Əliyevin çoxsahəli siyasi fəaliyyəti xalqımızın ictimai-mədəni həyatının bütün sahələrini əhatə edirdi. O, XX əsrin son qərinəsində qədim tarixi olan bir dövlətə, ulu bir xalqa rəhbərlik etdi. Heydər Əliyevi dahi bir səxsiyyətə, uzaqgörən bir liderə çevirən əsas səbəblərdən biri də, onun xalqını parçalanmaq təhlükəsindən qurtarması və Azərbaycanı dünyanın tanınan, stabil inkişaf edən dövlətlərindən birinə çevirməsi olmuşdur.
XIX əsrin dahi alman filosofu Fridrix Nitşe yazırdı: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır". Bütün dünyanın qəbul etdiyi bu danılmaz həqiqət XX-XXI əsrlərdə də Heydər Əliyevin şəxsiyyəti tımsalında öz aktuallığını saxladı. Azərbaycan kimi özünəməxsus milli-mənəvi dəyərləri, mentaliteti, dövlətçilik ənənələri olan dövlətlərdə şəxsiyyət və lider amili mühüm rol oynayır. XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - Ümummilli lider Heydər Əliyev məhz belə bir ölkədə böyük strateq, bacarıqqlı bir lider kimi xalqın əbədi sevgisini qazandı. Onun keçdiyi mənalı ömür yolunun hər mərhələsi indiki və gələcək nəsillərə nümunə olacaq unudulmaz bir tarixdir. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu 34 il müddətində xalqının gələcəyi uğrunda ictimai-siyasi proseslərin bütün sahələrində əzmlə, qətiyyətlə mübarizə apardı.
Tarix sübut etmişdir ki, dövlətə kimin rəhbərlik etməsindən bir çox məsələlər: siyasi məsələlərin həlli, iqtisadiyyatın inkişafı, xalqın rifah halının yaxşılaşdırıl-ması, mədəniyyət sahəsində tərəqqi və s. asılıdır. Çünki qarşıda duran vəzifələrin uğurlu həlli həm də rəhbərin, liderin şəxsi keyfiyyətləri, bacarıq və qabiliyyəti ilə birbaşa bağlıdır. Heydər Əliyevi dahi bir şəxsiyyətə, Ümummili liderə çevirən başlıca səbələrdən biri də bu idi.
1969-cu ilin 14 iyulunda H.Əliyev birinci dəfə Azərbaycana rəhbər təyin edildi. Heydər Əliyev rəhbər seçilərkən Dovlət Təhlükəsizliyi Komitəsində çalışdığından, geniş kütlə tərəfindən o qədər də yaxından tanınmırdı. Çünki DTK-da çalışanların kimliyi və onların gördüyü işlər qapalı saxlanılırdı. Odur ki, Heydər Əliyev respublikaya rəhbər seçiləndə bütün diqqət ona yönəldi. Qısa bir müddət ərzində bütün xalq Azərbaycana yeni fəaliyyət metodlarına malik, bacarıqlı və səriştəli bir rəhbərin gəldiyinin şahidinə çevrildi. Xalq tezliklə bu böyük şəxsiyyətin iştirakı ilə Azərbaycanda baş verəcək müsbət dəyişiklərin olacağına qəti şəkildə inanmağa başladı. Baş verən bütün bu dəyişikliklər isə çox sadə bir formada baş verirdi. Belə ki, Azərbaycanda gedən iqtisadi və mədəni quruculuq işləri tez bir zamanda böyük vüsət almış, cəmiyyətin mənəvi tərəqqisində yeni bir mərhələ başlanmışdı.
Bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, respublikanın gələcək inkişafının və uğurlarının başlanğıcı oldu. Elə buna görə də hamı Heydər Əliyevi rəhbərliyə başladığı ilk günlərdən sevdi. Heydər Əliyevdə əsl rəhbərə, əsl liderə xas olan qeyri-adi idarəçilik xüsusiyyətləri, o vaxtadək Azərbaycana rəhbər-lik etmiş şəxslərin heç birində olmayan keyfiyyətlər var idi. O, hansı sahə ilə maraqlanırdısa, orada yeniliklər yaradır, əsaslı inkişafa nail olurdu. Digər tərəfdən, Heydər Əliyevin bu fəaliyyəti və uğurları həm də gələcəyə hesablanırdı. Onun sadə bir görkəmdə, adi qiyafətdə müxtəlif fəaliyyət sahələrində, xalqın arasında olması, respublikada mövcud olan nöqsanlara, kəm-kəsirlərə bilavsitə özünün şahid olması Ulu öndəri hələ sağlığında ikən əfsanəyə çevirdi. Heydər Əliyev qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə fərqlənən, uzaqgörən, unikal siyasi fəhmə malik olan yeni tipli bir rəhbər idi. Bu isə onun əlçatmaz hesab olunan işləri belə qısa müddətdə yerinə yetirmə qabiliyyəti və ən çətin vəziyyətlərdən belə uğurlu çıxış yolu tapma məharəti ilə bağlı idi.
Bütün bunların nəticəsidir ki, Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı güclü şəkildə inkişaf edirdi. Belə ki, 1969-1982-ci illərdə respublikada 250 yeni müəssisə, fabrik yaradılmış, neftayırma sənayesi zavodları tamamilə yenidən qurulmuş, iri elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır.
Təsadufi deyil ki, 1969-1982-ci illərdə respublika həyatının bütün sahələ-rində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın inkişaf və quruculuq salnaməsinin ən dolğun, ən şərəfli səhifələrini təşkil edir.
Heydər Əliyevi dahi bir şəxsiyyətə, Ümummili liderə çevirən başlıca səbələr-dən biri də onun SSRİ rəhbərlərindən biri olanda Azərbaycan üçün gördüyü islər olmuşdur. 1969-cu ildən Azərbaycanda baş verən iqtisadi-mədəni inkişaf 1982-ci ilın sonlarına qədər yüksələn xətlə davam etdi. Bu uğurlu fəaliyyətinə görə H.Əliyev 1982-ci ilin 22 noyabrında Moskvaya, SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyinə gətirildi. Ona Nazirlər Soveti Sədrinin birinci müavini kimi bütün SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək, Sovet hökumətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirmək, dövlətin xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaradılması kimi məsul səlahiyyətlər verildi. SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Heydər Əliyevə Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikintisi Nazirliyi, Rabitə Nazirliyi, SSRİ müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət, eləcə də, Baykal-Amur dəmir yolu tikintisinə nəzarət məsələləri həvalə edildi.
SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 1983-cü il fevralın 2-də keçirilən iclasında isə H.Əliyevə əlavə olaraq, SSRİ Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA) və Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərin baxılması tapşırıldı.
Bununla da, 1982-1987- ci illərdə Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətinin məsuliyyətli və çətin dövrü başlanır. Umummilli Lider bu işlərin də öhdəsindən uğurla gəlir və SSRİ-nin inkişaf planlarının həyata keçirilməsinə böyük töhfələr verir. Bu illərdə də Heydər Əliyev SSRİ- nin rəhbərlərindən biri kimi Azərbaycanın daha da inkişaf etməsi üçün çox mühüm işlər gördü. Həmin dövrdə Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında mühüm irəliləyişlər əldə edildi. Bu isə mərkəzi hakimiyyətdə təmsil olunan Heydər Əliyevin uzaqgörən siyasətinin və fədakar fəaliyyətinin nəticəsi idi.
Heydər Əliyev 1987-ci ildə tutduğu vəzifədən istefa verir və bir müddət ailəsi ilə birlikdə Moskvada yaşayır. Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan Heydər Əliyev 1990-cı ilin iyul ayında Vətənə - Azərbaycana, oradan isə Naxcıvana qayıdır. Naxçıvan əhalisi H.Əliyevi böyük ruh yüksəkliyi ilə qarşıladı və ona böyük ümid bəslədiklərini bildirdi. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi fəaliyyətini davam etdirən Heydər Əliyev ən çətin zamanlarda Naxçıvan ərazisini və əhalisini düşmənlərdən qorudu. Ulu Öndər o illərdə çətin blokada şəraitində yaşamağa məcbur olan Muxtar Respublikanın sosial-iqtisadi və ictimai- mədəni problemlərinin həlli üçün çox mühüm işlər görə bildi.
1993-cü ildə H.Əliyev xalqın çağrışı və tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi. Bu o vaxtlar idi ki, Azərbaycan, şimaldan “Sadvalçılar”, cənubdan isə qondarma “Talış-Muğan Respublikası” tərəfindən parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən, Respublika Gəncədə qiyam qaldıran və Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissə ilə Azərbaycan Ordusu arasındakı qardaş qırğınının bir addımlığında idi. H.Əliyev qısa bir müddət ərzində Azərbaycanın üzləşdiyi bu ağır, taleyüklü məsəlləri də uğurla həll edib respublikada əmin-amanlığa nail oldu.
Heydər Əliyev: ”Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”-deyərək böyük səylərlə və qətiyyətlə bu müstəqilliyi daha da möhkəmləndirdi. Təkcə bu faktı deyək ki, Heydər Əliyev 1994-cü ilin 20 sentyabrında Bakıda böyük diplomatik səylər sayəsində sonralar tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş böyük neft kontraktlarının bağlanmasına nail oldu. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini və hasil olunan neftin pay şəklində bölüşdürülməsini nəzərdə tuturdu. Dünyanın 11 ən iri məşhur neft şirkətləri ilə bağlanmış bu müqavilə əslində dünyanın aparıcı dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması, Azərbaycandakı siyasi sabitliyə inamın artması demək idi. Başqa sözlə, “Əsrin müqaviləsi” Azərbaycanda milli müstəqilliyin iqtisadi təməllərinin qoyulması anlamına gəlirdi.
Ulu Öndər 2003-cü ilə qədər respublika rəhbərliyində oldu. Bu illərdə H.Əliyev müstəqil, demokratik və dünyəvi dövlət qurmaq istiqamətində uğurlu fəaliyyət göstərdi. H. Əliyev respublikada ikinci dəfə hakimiyyətdə olduğu bu ağır dövrdə, Azərbaycan üçün taleyüklü, çətin problemlərin öhdəsindən əsl Ümummili Liderə xas olan müdrikliklə gəldi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin başçısı kimi çox qısa zamanda respublikada hökm sürən hərc-mərcliyi aradan qaldırdı, davamlı iqtisadi inkişafa nail oldu və sabitliyi təmin etdi. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev Ümummili Lider, Ulu Öndər stasunu qazandı. H.Əliyev gördüyü misilsiz işlərlə müstəqil Azərbaycan dövlətçiliyinin simvoluna və qarantına çevrildi.
Azərbaycana bir qərinədən də çox - 34 il rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat etdi. Azərbaycan xalqı, müxtəlif dövlətlərdən dəfn mərasimində iştirak edən çoxsaylı nümayəndə heyəti 2003-cü il dekabrın 15-də Ümummili Lideri dərin hüznlə son mənzilə yola saldı. Ancaq o, özü qədər sevdiyi xalqından cismən ayrılsa da, xalqın qəlbində daim yaşamaq məhəbbəti qazandı. Nə qədər ki, Azərbaycan xalqı var, Müstəqil Azərbaycan dövləti var, Heydər Əliyevin parlaq əməlləri də əbədi olaraq yaşayacaqdır.

Tahir ORUCOV
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
Filogiya üzrə fəlsəfə doktoru, dosent
email: tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.