Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
07.12.2021

Türkiyəli qonaqlar Folklor İnstitutunda olublar

07 dekabr 2021- ci il tarixində Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri Prof.Mustafa Lətif Əmək və İKSAD-ın yayım qrupu başqanı Səfa Salih Bildirici AMEA Folklor İnstitutunda qonaq olublar. Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonaqları səmimi qarşılayıb, İKSAD ilə Folklor İnstitutunun birgə təşkil etdiyi konfransların əhəmiyyətinə diqqət çəkib və gələcək perspektivlərdən söhbət açıb. Azərbaycanla yaxın elmi münasibətlərinin olduğunu bildirən prof. M.L.Əmək İKSAD-ın hazırda 43 ölkədə elmi araşdırma fəaliyyəti apardığını qeyd edib. O, son iki ildə karonavirus pandemiyası səbəbindən canlı tədbirlərin təxirə salındığını təəssüf hissi ilə bildirib. Bakıya ziyarətinin ilk günü Folklor İnstitutunda olan qonaq dörd gün ərzində 12 universitetdə olacağını vurğulayıb. Bu müddət ərzində İKSAD-ın 80-ə yaxın elmi görüşlər keçirtdiyini bildirən prof.M.L.Əmək yeni yaratmış olduqları Science Azerbaijan platformasının rəsmi tanıtımını keçirəcəklərini də diqqətə çatdırıb. O, əsas məqsədlərinin bu platforma vasitəsilə ölkəmizin müxtəlif bölgələrində konfranslar təşkil etmək, elmi araşdırma proyektləri həyata keçirtmək və Azərbaycanı dünyanın elm mərkəzinə çevirmək olduğunu vurğulayıb. Prof. Mustafa Lətif Əmək söhbət zamanı bildirib ki, biz elmi qurumların istər sosial elmlər, istər müxtəlif fənlərlə bağlı müxtəlif proyektlər icra etmək istədikləri vaxt ilk olaraq məhz Science Azerbaijan platformasına müraciət etmələrini istəyirik.
Görüşdə AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, fil.e.d.Ramazan Qafarlı, Xarici Əlaqələr bölməsinin müdiri Əli Şamil, institutun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, fil.ü.f.d., dos.Sönməz Abbaslı və Azərbaycan Pedaqoji Universitetinin əməkdaşı, İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərli də iştirak ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.