Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
04.12.2021

Folklor İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

03 dekabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. Toplantıda Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva və Folklor İnstitutunun ilk Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Zoom platforması üzərindən onlayn formatda keçirilən iclası YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva açıb. O, partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən bəhs edib, eləcə də nizamnamədəki bəzi dəyişikliklərlə bağlı məlumat verib. Məlum olub ki, rayon təşkilatında və ərazi partiya təşkilatlarında şura üzvləri olmayacaq, partiya təşkilatını partiya üzvləri, sədr və sədr müavini təmsil edəcək.
Daha sonra hesabat üçün söz YAP-ın Folklor İnstitutunda Ərazi partiya təşkilatının sədri, institutun aparıcı elmi işçisi, fil.e.d.Nübar Həkimovaya verilib.


Nübar Həkimova YAP-ın Folklor İnstitutunda Ərazi partiya təşkilatının ötən 4 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, qeyd olunan dövrdə 20 yanvar şəhidlərinin anım günlərinin, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlərin, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Elm günü, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubiley yığıncaqlarının keçirildiyini, eləcə də partiyanın fəal üzvlərinin respublika və beynəlxalq konfranslarda iştirak etdiklərini vurğulayıb. N.Həkimova pandemiya dövründə də ölkə Prezidentinin sərəncamı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubiley tədbirləri çərçivəsində konfransın, Novruz Bayramı, 15 may Ailə Günü, 8 noyabr Zəfər Günü ilə bağlı bir sıra tədbirlərin onlayn formatda həyata keçirildiyini diqqətə çatdırıb. O, sonda Folklor İnstitutu üzrə 54 nəfər partiya üzvündən birinin vəfat etdiyini, institutun daha 20 əməkdaşının isə partiya sıralarına qoşulmaq üçün bu yaxınlarda vəsiqələrini alacaqlarını bildirib.


YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva Folklor İnstitutunun əməkdaşlarının partiyaya üzv olduqları gündən bəri fəallıqları ilə seçildiklərini qeyd edib və YAP-ın bütün tədbirlərində onların aktiv iştirak etdiklərini vurğulayıb.
Daha sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyasının cəmiyyətin həyatındakı önəmindən bəhs edib. Akademik bildirib ki, biz bütün bölgələrdə və təşkilatlarda YAP xətti ilə addımlarımızı Ulu Öndərin qoyduğu və cənab Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi kursa uyğun atmalıyıq. O, çıxışının sonunda gələcək əlaqələrin onlayn formatda da olsa sıx olmasının vacibliyinə toxunub və təşkilatın işinə uğurlar arzulayıb.
Sonda YAP-ın Folklor İnstitutunda ilk Ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səmərəli fəaliyyətləri nəzərə alınaraq, Ərazi partiya təşkilatına sədrlik fil.e.d.Nübar Həkimovaya, müavinlik isə Nigar İmaməliyevaya həvalə olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.