Folklor İnstitutunun əməkdaşı Cəbrayılın qədim Pirəsəd kəndində olub
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Şakir Albalıyev AzərTAC-ın əməkdaşları ilə Cəbrayıl şəhərində olmuş və müsahibə vermişdir. Daha sonra rayon mərkəzindən 20-25 km məsafədə olan ata- baba ocağı qədim Pirəsəd kəndinə getmişdir.Pirəsəd kəndində çoxəsrlik tarixə malik olan Pirəsəd pirini ziyarət etmişdir.1937- ci illərin repressiya qurbanına çevrilmiş və tamamilə yer üzündən adı və özü silinmiş Pirəsəd kəndi və Pirəsəd ocağı haqqında fikirlərini bölüşmüşdür.Cəbrayılda Pirəsəd adlı kəndin və pirin- ziyarətgahın mövcudluğu haqda təsəvvürləri belə yaddaşlardan silməyə çalışan sovet hökumətinin dağıldığı ərəfələrdə1990-cı illərin əvvəllərində kəndin köklu sakinlərindən bir neçəsi öz vəsaitləri və təşəbbüsləri sayəsində kəndə qayıtmışlar. Özlərinə ev tikib yenidən kəndin bərpasına çalışmışlar. Lakin bu müddət də az çəkmiş, 1993-cü ilin avqustunda Cəbrayıl rayonunu mənfur düsmənlərimiz isğal edəndə Pirəsəd kəndi ikinci dəfə yer üzündən silinib dağıdılmışdır. Bütün bu tarixi faciələri xatırladan Şakir Albalıyev yaxın gələcəkdə Cəbrayıl rayonunda abad və firavan yaşayışın bərpa olunacağına rəğmən Pirəsəd kəndinin də bərpa olunacağına inamını ifadə etmişdir. Pirəsəd kəndinin bərpa olunacağı və bu şərəfə Pirəsəd pirində qurbanlar kəsiləcəyinə əminliyini bildirmişdir.


|