Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
17.11.2021

Dr.Məhəmməd Rıza Heyət AMEA Folklor İnstitutunun qonağı olub

16 noyabr 2021-ci il tarixində Ankara Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün doktoru, “Varlıq” dərgisinin baş redaktoru Məhəmməd Rıza Heyət AMEA Folklor İnstitutunun qonağı olub. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonağı səmimi qarşılayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və institutda görülən işlər barədə məlumat verib.
Dr. M.R.Heyət görüş üçün təşəkkürünü bildirərək ziyarətinin əsas məqsədinin “Varlıq” dərgisinin yeni saylarını instituta təqdim etmək və institutla əməkdaşlıq əlaqələrini gücləndirmək olduğunu bildirib. Qonaq söhbət zamanı 1979-cu ildən nəşr edilən dərgi barədə geniş məlumat verib. O, dərginin 2015-ci ildən, prof. Cavad Heyətin vəfatından sonra Ankarada əvvəlki kimi ərəb əlifbası ilə elmi jurnal kimi yayımlandığını diqqətə çatdırıb. Alim Türkiyə, Azərbaycan və İrandan 40-a qədər sayılıb-seçilən elm adamının bu dərginin redaksiya heyətində yer aldığını qeyd edib.


İnstitutun rəhbəri akademik M.Kazımoğlu-İmanov görüş zamanı “Varlıq” dərgisinin redaksiya heyətində yer almaqdan məmnunluğunu bildirərək özünün və rəhbərlik etdiyi qurumun əməkdaşlarının bu dərgi ilə əməkdaşlığının genişləndiriləcəyini bildirib.
Sonra qonağa Folklor İnstitutunda fəaliyyət göstərən Cənubi Azərbaycan folkloru şöbəsinin fəaliyyəti və Cənubi Azərbaycanın folkloru ilə bağlı nəşr olunan on bir cildlik kitab barərədə məlumat verilib. Görüş zamanı Dr. Məhəmməd Rıza Heyət sözügedən çoxcildliyin tanıtımı ilə bağlı Ankarada Folklor İnstitutu ilə ortaq tədbirin keçirilməsini təklif edib. O, eyni zamanda İsfahanda yaşayan türklərlə, eləcə də qaşqaylarla bağlı folklor materiallarının instituta təqdim edəcəyini bildirib. Akademik M.Kazımoğlu-İmanov qonağa təşəkkür edib və qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edib.
Görüşün sonunda Dr. M.R.Heyətə Güney Azərbaycan folkloru seriyasının nəşrləri və disklər tədqim edilərək xatirə şəkilləri çəkilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.