Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.11.2021

“Zəfər günü və Şəhidlərin xatirəsinə”: II Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar konfransı keçirilib

10 noyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Qafqazşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mərkəzi Elmi Kitabxana və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “Zəfər günü və Şəhidlərin xatirəsinə”: II Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar konfransı keçirilib. Azərbaycan və Türkiyə Cümhuriyyətinin dövlət himnləri və Qarabağ şikəstəsi ifa olunduqdan sonra İKSAD rəhbəri Prof. Dr. Mustafa Lətif Əmək konfransı açaraq böyük lider Atatürkün vəfatının 83-cü ildönümünü sevgi, sayğı və rəhmətlə anıb, Qarabağ zəfərinin birinci ildönümündə keçirilən bu tədbirin əhəmiyyətindən bəhs edib. Sonra açılış nitqi üçün söz AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanova verilib. Akademik ölməz lider Atatürkün vəfat ildönümünü hörmət və rəhmətlə yad etdikdən sonra bildirib ki, Türkiyə və Azərbaycanın qardaşlığı 44 günlük savaşda özünü açıq-aşkar göstərmiş oldu. O, konfransın adındakı “Qarabağ” kəlməsinin rəmzi məna daşıdığını diqqətə çatdıraraq, bu savaşı təkcə Azərbaycanın ərazi bütövlüyü uğrunda deyil, həm də türk dünyasının bötövlüyü uğrunda Türkiyə və Azərbaycanın birgə mübarizəsi kimi dəyərləndirib. Muxtar Kazımoğlu-İmanov dağıdılmış və viran qalmış torpaqlarımızda bərpa və quruculuq işlərinə başlanıldığını qeyd edərək bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu məsələdə əlindən gələni ortaya qoymağa borcludur. Akademik konfransda müxtəlif sahələri əhatə edəcək çıxışların yer almasını təqdirəlayiq hal hesab edib, elm adamlarının öz tədqiqatları ilə bu böyük mücadiləyə dəstək vermiş olduqlarını diqqətə çatdırıb.


Sonra söz konfransın təşkilat qurumunun rəhbəri, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlıya verilib. Ramazan Qafarlı ilk öncə Birinci Qarabağ savaşında Azərbaycanın məğlubiyyətinin səbəbləri barədə danışıb. O, geosiyasi, iqtisadi, dini və s. cəhətlərdən marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etdiklərini vurğulayıb, həmin dövrdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək hakimiyyət aparatının və vahid liderin olmadığını xatırladıb. Ramazan Qafarlı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vəziyyətin kökündən dəyişdiyini, əsrin kontraktının imzalandığını, ordu quruculuğuna başlandığını və düzgün xarici siyasət aparıldığını diqqətə çatdırıb. Alim çıxışının sonunda müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Qarabağın tacı sayılan Şuşa şəhəri başda olmaqla işğal altında olan bütün Vətən torpaqlarını azad etdiyini fəxrlə qeyd edib, qələbənin ildönümü münasibəti ilə bütün konfrans iştirakçılarına təbriklərini çatdırıb və konfransın işində uğurlar arzulayıb.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev isə çıxışı zamanı bildirib ki, 44 günlük Qarabağ zəfəri bir daha sübut etdi ki, Azərbaycan Birinci Qarabağ savaşında məğlub olsa da, heç vaxt bununla barışmamış, öz ərazi bütövlüyünün bərpa olunması, dədə-baba torpaqlarının azadlığı uğrunda mübarizə aparmışdır. Prof. Z.Şahverdiyev Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan ordu quruculuğundan, ölkəmizin dünya dövlətləri ilə əlaqələrindən, bu gün Azərbaycanın inkişaf etmiş güclü bir dövlət olduğundan da bəhs edib.
Sonra söz alan Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə koordinatoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Əlvan Cəfərov konfransın təşkilində dəstək göstərən aidiyyatı qurumlara, eləcə də bütün konfrans iştirakçılarına təşəkkürünü ifadə edib, onları Zəfər günü münasibəti ilə təbrik edib, eləcə də konfransın fəaliyyətində uğurlar arzulayıb.


Açılış mərasiminin sonunda Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri Prof. Dr. Mustafa Lətif Əmək çıxış edərək Qarabağın uzun illər işğal altında olduğunu və əhalisinin ermənilər tərəfindən görünməmiş zülmlərə məruz qaldığını diqqətə çatdırıb. O, bu savaşda Azərbaycanın mülkü vətəndaşlarının, əsasən, uşaq, qadın və yaşlıların hədəfə alındıqlarına diqqət çəkərək, erməni qəsbkarlarının bu cür vəhşiliklərinin əsrlər boyu davam etdiyini də təəssüf hissi ilə ifadə edib. Prof. Dr. Mustafa Lətif Əmək çıxışı zamanı bu gün Qarabağda barış və hüzurun hakim olduğunu qeyd edib, bölgədə həyata keçiriləcək bir çox islahatların vacibliyinə diqqət çəkib.
Açılış mərasimindən sonra konfrans öz işini on bir bölmədə yüzdən artıq məruzəçi ilə davam etdirib. Sonda konfrans iştirakçıları sertifikatla təltif ediliblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.