Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
10.11.2021

Sivasda "İki Dövlət Tək Millət" Çatal Yürek, Tek Bilek şeir yarışması və 14. Sivas Aşıqlar Bayramı keçirilib

5-7 noyabr 2021-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Sivas şəhərində AMEA Folklor İnstitutunun, Sivas Bələdiyyəsi, Sivas Cümhuriyyət Universiteti, SİFAHOD və Esas Der-in birgə təşkilatçılığı ilə "İki Dövlət Tək Millət" Çatal Yürek, Tek Bilek şeir yarışması və 14. Sivas Aşıqlar Bayramı keçirilib. Azərbaycandan alim, şair və aşıqların qatıldığı tədbirdə Türkiyənin Qars, Ərzurum, Qəhrəmanmaraş, İstanbul, Ərzincan, Sivas, Eskişəhər, Konya, Hatay şəhərlərindən də aşıq və şairlər yer alıb.
"İki Dövlət Tək Millət" Çatal Yürek, Tek Bilek şeir yarışması və 14. Sivas Aşıqlar Bayramında AMEA Folklor İnstitutunun əməkdaşlarından fil.ü.f.d.,dos. Qalib Sayılov, fil.ü.f.d.,dos İlhamə Qəsəbova, fil.ü.f.d.,dos. Şakir Albalıyev və şair- publisist Mahir Cavadov iştirak ediblər.


Tədbirin ilk günü Sivas Cümhuriyyət Universitetinin rektoru prof. Alim Yıldız qonaqları təmsil etdiyi ali təhsil ocağında qarşılayıb. Professor görüş zamanı Bakı Dövlət Universiteti ilə Sivas Cümhuriyyət Universitetinin birgə təşkil etdikləri konfranslardan, İmaməddin Nəsimiyə həsr edilmiş simpoziumdan, eləcə də Qarabağ qazilərinin, şəhid ailələrinin və yaxınlarının universitetdə təmənnasız təhsil aldıqlarından söhbət açıb.
Daha sonra Sivas Bələdiyyəsinin başqanı Hilmi Bilgin qonaqları qarşılayaraq Azərbaycan-Türkiyə qardaşlığından, ölkələr arasındakı mədəni, ictimai-siyasi əlaqələrdən geniş bəhs edib.


Sözügedən gecənin açılış mərasimində tədbirin Azərbaycan üzrə koordinatoru, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edib. O, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun salamlarını çatdıraraq tədbirin əhəmiyyətinə, Azərbaycan- Sivas Cümhuriyyət Universiteti arasında təhsil əlaqələrinə və aşıq sənətinə diqqət çəkib. Əməkdaşımız çıxışı zamanı 44 günlük Vətən müharibəsində göstərdikləri dəstək üçün qardaş ölkəyə təşəkkürünü də ifadə edib.


"İki Dövlət Tək Millət" Çatal Yürek, Tek Bilek şeir yarışması və 14. Sivas Aşıqlar Bayramında Azərbaycan-Türkiyə qardaşlığından danışılıb, Azərbaycanın 8 Noyabr Zəfər bayramının birinci ildönümünə həsr edilmiş şeirlər dinlənilib. Tədbirdə Sivas Cümhuriyyət Universitetinin rektoru, prof. Alim Yıldıza, Sivas Bələdiyyəsinin başqanı Hilmi Bilginə, SİFAHOD başqanı Ahmet Ayıka və ESAS-Der başqanı Şahamettin Kuzuculara üzərində Qarabağın, Şuşanın və xarıbülbülün yer aldığı simvolik hədiyyələr təqdim edilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.