Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Muxtar İmanov: “Novruz qardaşlıq və bərabərlik bayramıdır”

Gün.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanovla müsahibəsi


- Novruz bayramının Azərbaycan xalqı üçün milli və mənəvi əhəmiyyəti nədən ibarətdir?

- Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar sanki öz aralarında bərabər olurlar. Ümumilikdə, Novruz qardaşlıq və bərabərlik bayramıdır.

- Novruza qədər olan dörd çərşənbə axşamı günlərində qeyd olunan və yel, su, od və torpaq çərşənbələri adlanan günlərin əhəmiyyəti nədən ibarətdir?

- Janrından, o cümlədən xalq bayramı olmasından asılı olmayaraq, folklorun bütün nümunələrinin əsas xüsusiyyətlərindən biri onların müxtəlif olmasıdır. Həmin bayramların müxtəlifliyi və rəngarəngliyi həm yazılı, həm də şifahi xalq ədəbiyyatında öz əksini tapır. Ona görə də Novruzun bayram edilməsində bu xüsusiyyətləri nəzərə almaq lazımdır.

Belə ki, Novruzdan əvvəl gələn və yel, su, od və torpaq adlanan dörd çərşənbə axşamının ardıcıllığı mədəniyyət xəzinəsi sayılan folklorun mahiyyəti ilə ziddiyyət təşkil edir. Həmçinin belə bir ardıcıllığın olması azərbaycanlıların daha çox yaşadığı İran və Türkiyədə xüsusilə mövcud deyil.

Əvvəllər Novruza qədər olan bu çərşənbələr birinci, ikinci, üçüncü və sonuncu çərşənbə axşamları adlanırdı. Novruza qədərki bu dörd çərşənbənin mahiyyətini və mənasını bir çox folklorçular, o cümlədən Azərbaycan folklorunun patriarxı hesab edilən Məmmədhüseyn Təhmasib və Yusif Vəzir Çəmənzəminli öz elmi tədqiqat əsərlərində araşdırıblar. Həmin folklorçuların elmi əsərləri Novruza qədərki çərşənbə axşamı günlərinə müəyyən adların verilməsinin qeyri-mümkün olduğunu sübuta yetirir. Bu yaxınlarda institutumuzda keçirilən elmi sessiyada tanınmış folklorçulardan biri Ramazan Qafarlı etiraf etdi ki, vaxtilə- 1989-cu ildə Novruza qədərki çərşənbələrə adların verilməsi haqqında qərar respublika rəhbərliyi tərəfindən qəbul olunub, daha doğrusu, o vaxt fəaliyyətdə olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən qərara alınıb.

Beləliklə də həmin günlərin, daha doğrusu, çərşənbələrin adlandırılma ardıcıllığı folklorçular tərəfindən yaradıldı.

- Dövlətin Novruz bayramı ilə bağlı ənənələrin yaddaşlara həkk olunmasındakı iştirakını qənaətbəxş hesab edirsinizmi?

- Mən hazırki Azərbaycan rəhbərliyinin Novruz bayramı ilə bağlı adət-ənənələrin və ümumilikdə folklor nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasındakı rolunu yüksək qiymətləndirirəm. Novruzun dövlət səviyyəsində bayram edilməsi onun əhəmiyyətini daha da artırır.

-  Bəzi tədqiqatçılar Novruzda bişirilən şirniyyatların formalarını göy cisimləri və kosmik işarələrlə əlaqələndirirlər. Həqiqətənmi azərbaycanlıların əcdadları şirniyyat hazırlayan zaman kosmik təsvirlərdən istifadə ediblər?

- Bütün xalqların bayramlarının mərkəzində qidaya pərəstiş durur. Axı qədim zamanlarda insan təbiət qarşısında özünü çox zəif hesab edirdi. Qədim zamanlarda insanın ən böyük problemi qışın soyuğuna davam gətirmək idi.

Novruz bayramı zamanı bişirilən şirniyyatlar günəş, təbiət və işıq rəmzlərini əks etdirir. Lakin ümumilikdə Novruz zamanı yeməyə pərəstiş bu bayramın əsas mahiyyətini təşkil edir.

- Novruz bayramında tonqal üzərindən atlanmağın tarixi və folklor baxımından hansı əhəmiyyəti var?

- Atəşpərəstlərin tonqaldan tullanmaq kimi mərasimləri yoxdur. Atəşpərəstlər alova müqəddəs substansiya kimi baxırlar. Tonqaldan tullanan insanın deməli olduğu sözlər buna sübutdur.

Bildiyiniz kimi, tonqal üzərindən tullanan şəxs məcazi olaraq öz problem və dərdlərini tonqala atır. Beləliklə , bu ənənə insan ruhunun təmizlənməsi anlamına gəlir.

-  Novruz bayramı din və ya Azərbaycan ictimaiyyətinin dünyəviliyi ilə hər hansı bir ziddiyyət təşkil etmir ki?

Novruz din, dünyəviliklə ziddiyyət təşkil etmir. Novruzun həmçinin atəşpərəstlik və ya İslamla birbaşa bağlılığı da yoxdur. Əksinə, din xadimləri bu bayramdan faydalanmağa çalışıblar. Məsələn, din xadimləri hesab edirdilər ki, dördüncü xəlifənin hakimiyyətə gəlişi Novruzun ilk günü ilə üst-üstə düşüb. Bundan əlavə, deyilənlərə görə, bu gün Nuh peyğəmbərin dünyaya gəlişi, həmçinin Allah tərəfindən yer üzündə ilk insan -Adəmin yaradıldığı günlə üst-üstə düşüb. Bununla belə Novruz dini deyil, dünyəvi bayramdır.

N.H.
Gün.Az

17 mart 2012

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.