"Dalğına tor quran dünya" kitabı nəşr olunub
 Bu günlərdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. Zümrüd Mənsimovanın toplayıb tərtib etdiyi "Dalğına tor quran dünya" kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə çap olunan kitabda Zaqatalanın Bəhmədlili kəndindən olan Cahangir Dalğının şeirləri toplanıb. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur. Sözügedən topluda ustad sənətkarın gəraylı, qoşma, təcnis, qəzəl, müxəmməs və müxtəlif yarımçıq şeirləri yer alıb.
Kitabı oxu
|