Əməkdaşımız Cəbrayıl şəhərində ölkə başçısı ilə görüşdə iştirak edib
 04 oktyabr 2021-ci il tarixində Cəbrayıl şəhərinin işğalçılardan azad olunmasının ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində bir qrup cəbrayıllı ziyalıyla görüş keçirmişdir. Həmin görüşdə AMEA Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent, “Xudafərin” qəzetinin baş redaktoru Şakir Albalıyev də iştirak etmişdir. Cəbrayıl şəhərinin memorial kompleksinin və şəhərin bərpasının təməl daşı qoyulmuşdur. Təməl daşının qoyulmasında şəxsən iştirak edən Şakir Albalıyev prezidentlə səmimi görüşmüş və 29 sentyabr 2020-ci ildə Ali Baş Komanda na həsr etdiyi poemasını cənab prezidentə təqdim etmişdir. Görüşdən və təqdimatdan razı qalan ölkə başçısı qəzeti əlinə alıb baxmış və bir daha gözdən keçirəcəyini bildirmişdir. İkinci vətən müharibəsinin başlandığı ilk günlərdən qələmə alınmış vətənpərvərlik ruhlu və qələbə əhval-ruhiyyəli poemanın kiçik bir hissəsini aşağıda təqdim edirik:
Səslənirəm düşmənə,
Fitnəkar hay erməni,
Bilmərrə aç gözünü,
Baxıb tanı özünü,
Kürkünə düşsün birə,
Qorxudan qus ödünü,
Öl, diril neçə kərə:
Heydər dirilib gəlib
İlhamın simasında;
Şimşək olub gurlayır
Vətənin səmasında...
Bizim prezidentimiz-
Ali Komandanımız
İlham Heydər oğludur,
Siyasətin nəhəngi
Ulu öndər oğludur.
Ər kimi, kişi kimi
Dünyaya sözün deyən,
Sözün-diqtəsin deyən,
Haxdan gələn sədayla
Həyəcanlı nidayla “
“Qarabağ Azərbaycandır!”
Hökmün-nöqtəsin qoyan
İlham Heydər oğludur,
Ər balası ər olar,
Ər oğlu ər oğludur.
Öz sözünün ağası
Nər oğlu nər oğludur!
|