Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
20.09.2021

Folklor İnstitutu “Dastanlaşan şanlı zəfər” adlı tədbir keçirib

20 sentyabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda 27 sentyabr – II Qarabağ savaşında həyatını itirən şəhidlərin Anım Günü ilə bağlı “Dastanlaşan şanlı zəfər” adlı tədbir keçirilib. Tədbirə qonaq qismində Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin təqaüddə olan əməkdaşı, “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov dəvət olunub. Tədbir iştirakçıları öncə Qarabağ savaşında canlarını fəda edən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov tədbiri açaraq, 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni ilk öncə şəhidlərin qanı, canı hesabına əldə edib. Azərbaycan tərəfi uzun illər məsələnin siyasi həlli üçün çalışıb, diplomotik danışıqlar aparıb. Bütün dünya qurumları – BMT, ATƏT-in Minsk qrupu və s. bu hadisələrin içində olub. BMT-nin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dörd qətnaməsi olub, lakin qarşı tərəf bu qətnamələrin heç birini yerinə yetirməyib. Akademik Muxtar Kazımoğlu-İmanov daha sonra bildirib ki, Anım Günündən başlayan bu qələbə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub, ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi güçünü artırmaq üçün geniş imkanlar açıb.


Sonra söz tədbirə qonaq qismində qatılan hərbi-siyasi ekspert Telman Qasımova verilib. Dəvət üçün təşəkkürünü bildirən ekspert bildirib ki, ziyalıların qarşısında çıxış etmək və o dövrü əhatə etmək özü də böyük bir məsuliyyət tələb edir. 44 günlük bu müharibəni analiz etdikdə görürük ki, bu prosesdə yaşananların hamısı dövrü mətbuatda öz əksini tapmayıb və tapa da bilməz, çünki bəzi şeylər məxfi saxlanılmalıdır. Qarabağın azadlığı uğrunda müharibəyə hazırlıq işlərinin illər öncədən aktiv şəkildə həyata keçirildiyini vurğulayan Telman Qasımov bildirib ki, qısa müddətdə Azərbaycan ordusu kifayət qədər yeni nəsil silah-sursat və texnika ilə təmin olunub, bütün düşmən postları nəzarətə götürülüb. Hərbi texnika ilə yanaşı, Azərbaycan tərəfinin yüksək döyüş bacarığı, Ali Baş Komandanın iradəsi, gənclərin vətən sevgisi bu müharibədə zəfəri təmin edib. Ekspert çıxışı zamanı onu da nəzərə çatdırıb ki, bu müharibədə bizim işimiz daşkəsən erməniylə deyil, başkəsən erməniylə olub. O, erməni millətinin genetik baxımdan torpağa bağlı olmadığını, tarix boyu xaricə köçməyə meyil göstərdiyini də xüsusilə qeyd edib.
Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı qonağa çoxsaylı suallar ünvanlayıblar. Hərbi-siyasi ekspert Telman Qasımov ona verilən sualları ətraflı cavablandıraraq maraqlı məqamları üzə çıxarıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.