Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AMEA Folklor İnstitutu Ramiz Əsgərə dövlət mükafatı verilməsi haqda vəsatət qaldırıb

Ramiz ƏSKƏR

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu əməkdaşlarının martın 16-da keçirilən ümumi yığıncağında dahi dilçi Mahmud Kaşğarinin «Divanü lüğatittürk» əsərinin (4 cilddə) tərcüməsinə və həmin əsərlə bağlı apardığı elmitədqiqat işlərinə görə Azərbaycanın Əməkdar jurnalisti, ədəbiyyatşünas, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, Bakı Dövlət Universiteti Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Ramiz Əskərə 2012-ci il üçün Dövlət Mükafatı verilməsi barədə Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası qarşısında vəsatət qaldırıb.


Yığıncağa sədrlik edən AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov gündəlik barədə məlumat verib: “Ümumtürk ədəbiyyatının ən əski qaynağı VIVIII əsrlərdə yaradılmış OrxonYenisey abidələridir. Daha sonra türk dilləri arasında differensiasiya gedib, oğuz, qıpçaq və qarluq qrupları meydana gəlib. Oğuz qrupunun ortaq abidəsi «Kitabi-Dədə Qorqud»dur. Onu bütün oğuzlar, yəni azərbaycanlılar, türkmənlər, türklər və qaqauzlar rahatlıqla başa düşürlər. Qıpçaq qrupunun ortaq əsəri «Manas» dastanıdır. Qazaxlar, qırğızlar, qaraqalpaqlar və noqaylar bu əsəri yaxşı anlayırlar. Qarluq qrupunun şah əsəri Yusif Balasağunlu tərəfindən qələmə alınmış «Qutadğu bilig» («Xoşbəxtlik haqqında elm») poemasıdır. O, özbək, uyğur, sarı uyğur və bu qrupa daxil olan digər xalqlar üçün ortaq əsərdir. Bütün qrupları əhatə edən ortaq universal abidə isə Mahmud Kaşğarinin məşhur «Divanü lüğat-it türk» əsəridir. 2008-ci ildə 1000 illik yubileyi UNESCO xəttilə bütün dünyada geniş qeyd edilən Mahmud Kaşğari bizim ilk türkoloqumuz, ilk dilçimiz, ilk mədəniyyətşünasımız, ilk tarixçimiz, ilk folklorçumuz, ilk coğrafiyaşünasımızdır. Onun «Divanü lüğat-it türk» əsəri dünya dilçilik elminin incilərindəndir. «Divan»ın ən mühüm özəlliyi onun sadə bir lüğət deyil, ilk türk ensiklopediyası olmasıdır. Burada min il əvvəlki türk dili, ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti, türklərin adətənənələri, həyat tərzi, sosial münasibətləri, geyimi, mətbəxi, oyunları, bir sözlə, hər şeyi ideal şəkildə öz əksini tapıb. Mükəmməl məlumat və biliklər toplusu yaratmaq sahəsində Mahmud Kaşğari Qərbi Avropanın Didro, Monteskyö, Russo və Volter kimi maarifçiensiklopedistlərini 7 əsr qabaqlayıb. Bu möhtəşəm kitabı ana dilimizə tanınmış türkoloq, ədəbiyyatşünas, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, Bakı Dövlət Universiteti Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Ramiz Əskər tərcümə edib”.


Oruc Əliyev (AMEA Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru): «Mən Ramiz Əskəri bir alim və tərcüməçi kimi yaxşı tanıyıram. O, «Divan»ın tərcüməsi ilə milli mədəniyyətimizə və elmimizə həqiqətən misilsiz töhfə verib. Türk xalqları ədəbiyyatından etdiyi tərcümələrə görə ona Türkiyənin «Türk dünyasına xidmət», Türkmənistanın «Altın əsr» və TürkSOYun «Özəl ödül» mükafatları verilib. «Baburnamə»nin tərcüməsinə görə Beynəlxalq Babur mükafatına, Abdulla Tukayın əsərlərinin tərcüməsinə görə Tatarıstanın «Mədəniyyət sahəsində uğurlar» medalına layiq görülüb. Məncə, Ramiz Əskər Azərbaycanın Dövlət Mükafatını almağa layiqdir”.


Elxan Məmmədli (AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru): “Ramiz Əskərin tərcümə etdiyi «Divanü lüğat-it türk» əsəri, həmin əsərlə bağlı yazdığı dörd kitabdan üçü AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib. Mən apardığım tədqiqatlarla bağlı bu kitaba teztez müraciət edirəm. Orada mətnin yarısı ərəb əlifbası ilə qədim türk dilində verilib. Bunu yazmaq, yığmaq, tərcümə etmək özü böyük bir işdir. Kitabda işlənmiş 8 min sözün hər birinin hansı cilddə, hansı səhifədə, hansı sətirdə getdiyini, mənasını, onunla birlikdə işlənmiş şəkilçiləri təktək vermək əsil elmi şücaətdir. Mən də Ramiz Əskərin Dövlət Mükafatına təqdim olunması təklifini ürəkdən dəstəkləyirəm”.


Seyfəddin Rzasoy (AMEA Folklor İnstitutunun şöbə müdiri): “Ramiz Əskər türkologiyaya, ədəbiyyata, tarixə və jurnalistikaya dair əsərlər yazıb, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən 40-a yaxın kitabı, o cümlədən Faruq Sümərin «Oğuzlar», Yusif Balasağunlunun «Qutadğu bilig», Bahəddin Ögəlin «Türk mifologiyası» kitablarını, Məxdumqulunun, Nurməhəmməd Əndəlibin, Abdulla Şahbəndənin, Molla Nəfəsin, Zəhirəddin Məhəmməd Baburun, Sultan Hüseyn Bayqaranın, Mehri Xatunun, Abdulla Tukayın, Bəkir Çobanzadənin, Məcid Qafurinin, Qasım Amanjolovun, Əli Ağbaşın, Oraz Yağmurun, Todur Zanetin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Özbək və türkmən poeziyası antologiyalarını, «Türk ədəbiyyatı tarixi»ni (2 cild) ana dilimizə çevirib və çapdan buraxıb. Onun milli mədəniyyətimiz qarşısındakı ən böyük xidməti dahi dilçi Mahmud Kaşğarinin «Divanü lüğat-it türk» əsərini ana dilimizə tərcümə etməsi və həmin əsərlə bağlı yazdığı kitablardır. Mən də belə hesab edirəm ki, Ramiz Əskər Azərbaycanın Dövlət Mükafatını almağa layiqdir”.


Adil Cəmil (AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru): “Mən Ramiz Əskəri həm istedadlı jurnalist, həm də yorulmaz tədqiqatçı və tərcüməçi kimi tanıyıram. Təbii ki, «Divan»ın tərcüməsi Ramiz Əskərin tərcüməçilik fəaliyyətində müstəsna yer tutur. Onun «Divan»la bağlı araşdırmaları isə milli filologiyamızı xeyli zənginləşdirib. Mən də burada irəli sürülən təklifə tərəfdar çıxıram”.


Ağaverdi Xəlil (AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru): “Mən bu siyahıya Ramiz Əskərin tərcümə etdiyi «Monqolların gizli tarixi»ni də əlavə etmək istərdim. Bu, türk tarixi və türkologiya elmi üçün çox mühüm əsərdir. Lakin «Divanü lüğat-it türk» Azərbaycan elmi üçün fövqəladə dərəcədə əhəmiyyətli kitabdır. Bu əsər ana dilimizdə çapdan çıxdıqdan sonra onun materialları bazasında çoxlu dissertasiya yazılıb, tədqiqat işləri aparılıb. Şübhə yox ki, türkologiyanın ən qədim, ən möhtəşəm əsəri olan «Divan»ın sayəsində qədim yazılı abidələrimiz daha dərindən tədqiq ediləcək, elmimizdə tamamilə yeni üfüqlər açılacaq. «Divan»ın özünün öyrənilməsi sahəsində Ramiz Əskərin yazdığı kitabların, məqalələrin rolu da çox böyükdür. Qətiyyətlə deyə bilərəm ki, hələ bizim filologiyamızda belə möhtəşəm əsər tərcümə olunmayıb və həmin əsər haqqında bir müəllif tərəfindən bu qədər əhatəli və dərin tədqiqat işləri yazılmayıb. Mən də Ramiz Əskərin Dövlət Mükafatına namizədliyini dəstəkləyirəm”.


Rafiq İmrani (AMEA Folklor İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor): “Mən də bütün deyilənlərə qoşuluram. Ramiz Əskər Dövlət Mükafatına layiqdir”.


İnstitutun direktoru Muxtar İmanov çıxışları ümumiləşdirib. Sonda qərar qəbul edilib ki, dahi dilçi Mahmud Kaşğarinin «Divanü lüğat-it türk» əsərinin (4 cilddə) tərcüməsinə və həmin əsərlə bağlı apardığı elmitədqiqat işlərinə görə Azərbaycanın Əməkdar jurnalisti, ədəbiyyatşünas, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Ramiz Baxşəli oğlu Əskərova (Ramiz Əskər) 2012-ci il üçün Dövlət Mükafatı verilməsi barədə Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası qarşısında vəsatət qaldırılsın.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.