Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
16.09.2021

AMEA Folklor İnstitutunun əməkdaşının məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlunun “Azərbaycan Novruzu və milli dəyərlər” adlı elmi məqaləsi Özbəkistanda çıxan impakt faktorlu jurnalda nəşr olunub (“Азербайджанский Новруз и национальные ценности”; Oriental Renaissance: Innovative, educational, natural and social sciences; Scientific Journal Impact Factor, June 2021).

Məqalədə Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarlarının yaşadığı vurğulanır: “Azərbaycan Novruzunun bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə gərəyi olmayıb. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb”.

Habelə Azərbaycan Novruzunun xalqın bütün gözəl duyğularını, düşüncəsini, ümidini, yaşamağa, yaratmağa olan inadını, başlıcası, inamını özündə yetkin şəkildə birləşdirməsindən söz açılır.

“Novruz bayramı və mətbəx mədəniyyətimiz” bölümündə Azərbaycan mədəniyyətinin zəngin ənənələrə malik olduğu bildirilir: “Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir. Bayram və mətbəx anlayışları bir-biri ilə sıx şəkildə bağlıdır. Zəngin mətbəxi olan xalq - qədim tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir hadisə olmayıb, özündə əbədiliyi, bəşəri keyfiyyətləri təsdiq edir”.

Elə buradaca ermənilərin Azərbaycanın tarixi əraziləri ilə yanaşı bütövlükdə mədəniyyətinə, mətbəxinə əsassız iddiasından da danışılır: “Bu gün Azərbaycan mətbəxinin də soraqlarına mənasız iddiaları ilə baş qatan ermənilərin çabalarının əsassızlığı ortadadır. İddia etmək yiyə sayılmaq deyil. Ermənilərin bütün sahələrdə iddialarının əsassızlığını isə tarix çoxdan sübuta yetirib”.

Məqalədə Azərbaycan Novruzunun ulusal dəyərlərlə bağlılığı əsaslandırılır, bayramın tarixən dövlətçiliyin əsaslarının möhkəmləndirilməsindəki rolu ifadə edilir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.