Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
11.09.2021

YUNESKO kafedraları "COVID-19 pandemiyası dövründə Qeyri-maddi mədəni irs” mövzusunda dəyirmi masa keçirib

10 sentyabr 2021-ci il tarixində YUNESKO kafedraları “COVID-19 pandemiyası dövründə Qeyri-maddi mədəni irs” mövzusunda növbəti dəyirmi masa keçirib. Zoom platforması üzərindən onlayn formatda keçirilən görüşü “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” YUNESKO kafedrasının müdiri, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Öcal Oğuz açaraq rəhbərlik etdiyi kafedranın pandemiya şəraitində fəaliyyət perspektivlərindən bəhs edib. Sonra sözügedən kafedranın üzvü Dr.Ahmet Erman Aral dəyirmi masanın təqdimat və sual-cavabdan ibarət iki sessiyada davam edəcəyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıb.
İlk bölmədə təqdimat üçün söz alan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov təmsil etdiyi institutun nəzdində yaradılmış və rəhbəri olduğu “Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrası”nın fəaliyyəti barədə geniş məlumat verib. Akademik kafedranın təsisi üçün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-a yaxın elm və mədəniyyət qurumlarından müsbət rəy alındığını, Azərbaycanın görkəmli saz-söz sənətkarı Aşıq Şəmşirin adını daşıyan bu kafedranın dastançılıq ənənələri üzrə dünyada ilk YUNESKO kafedrası olduğunu və bu kafedranın sadəcə Azərbaycan üçün deyil, həmçinin dünya üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Daha sonra akademik bildirib ki, bu kafedra Azərbaycan xalq musiqisinə və dastanlarına beynəlxalq tədqiqatçıların diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın şifahi xalq ədəbiyyatı və Qarabağ musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradır. Onun sözlərinə görə, kafedranın yaranması COVID-19 pandemiyasının baş qaldırdığı dövrə təsadüf etdiyi üçün, Folklor İnstitutu kafedranın tədbirlərini elektron vasitələrdən istifadə edərək onlayn formatda təşkil edir. Kafedranın ilk tədbiri 2021-ci ilin yanvar ayında onlayn formatda təşkil edilib. Azərbaycanın və Türkiyənin elm və mədəniyyət xadimlərinin iştirakı ilə baş tutan bu tədbirdə kafedranın fəaliyyət perspektivləri müzakirə olunub. Kafedranın mart ayında baş tutan ikinci tədbiri “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusuna həsr olunub. Akad. M.Kazımoğlu-İmanov aprel ayında Azərbaycan və Türkiyənin YUNESKO üzrə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qeyri-maddi mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən YUNESKO kafedraları arasında əməkdaşlıq məsələlərinin müzakirə edildiyini və bu tədbirin məqsədinin AMEA Folklor İnstitutunun nəzdində fəaliyyətə başlamış “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” YUNESKO kafedrası” ilə Ankara Hacı Bayram Vəli Universitetinin Türk Folkloru Təcrübə və Araşdırma Mərkəzində fəaliyyət göstərən “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” YUNESKO kafedrası arasında əməkdaşlığı təşviq etmək və qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək olduğunu qeyd edib. O, çıxışının sonunda bildirib ki, pandemiya ölkəmizdə mədəni fəaliyyətlərin icrasına müəyyən dərəcədə mənfi təsirlər göstərsə də, Folklor İnstitutu və institutun nəzdində fəaliyyət göstərən YUNESKO kafedrası elektron imkanlardan istifadə edərək planlaşdırılan respublika və beynəlxalq səviyyəli müxtəlif tədbirlərin həyata keçirilməsinə nail olub. Bugünkü tədbir imkan verəcək ki, qeyri-maddi mədəni irs üzrə ixtisaslaşmış YUNESKO kafedraları bir-biriləriylə yeni əməkdaşlıq perspektivlərini müzakirə etsinlər və birgə əməkdaşlıq üçün ortaq addımlar atsınlar.


Dəyirmi masada, həmçinin “Kritik irs araşdırmaları və qeyri -maddi mədəni irsin qorunması” YUNESKO kafedrasının müdiri, Brüssel Vrije Universitetinin professoru Mark Cakobs, “Qeyri-maddi mədəni irs siyasəti və qanun” YUNESKO kafedrasının müdiri, Latviya Mədəniyyət Akademiyasının doktoru Anita Vaivade, “Qeyri-maddi mədəni irs və ənənəvi bilik: irsi əlaqələndirmək” YUNESKO kafedrasının müdiri, Evora Universitetinin professoru Filipe Temudo Barata, “Mədəniyyətlərarası musiqi araşdırmaları” YUNESKO kaferasının müdiri, Franz Liszt Veymar Musiqi Universitetinin professoru Tiaqo de Oliveira Pinto, “Qeyri -Maddi Mədəni İrsin Tətbiqi Araşdırmaları” YUNESKO kafedrasının müdiri,Tartu Universitetinin professoru Kristin Kuutma və “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” YUNESKO kafedrasının üzvü, Ankara Hacı Bayram Vəli Universitetinin doktoru Ahmet Erman Aral çıxış edərək kafedraların iş prinsipi, fəaliyyət perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Dəyirmi masanın ikici hissəsində tədbir iştirakçılarına verilən dörd sual ətrafında geniş müzakirələr aparılıb. Belə ki, görüş iştirakçıları pandemiya dövründə YUNESKO kafedralarının fəaliyyətlərində üzləşdikləri əsas çətinliklər, elektron vasitələrin və internet mühitinin qeyri-maddi mədəni irsin bir hissəsi olduğu dövrdə YUNESKO kafedralarının rolu, bu kafedraların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın milli və beynəlxalq səviyyədə icrasına verə biləcəyi töhfə, qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə və YUNESKO Baş assambleyasında verilən qərarlara təsir etmə yolları, eləcə də gələcəkdə qeyri-maddi mədəni irs üzrə kafedralar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə atılacaq addımlar istiqamətində fikir mübadiləsi yürüdüblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.