Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
17.08.2021

Əməkdaşımız Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində atalar sözlərinin gənc nəslin tərbiyəsindəki rolundan danışıb

Avqustun 13-də AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub.
Türk Dünyasına yayımlanan bir saatlıq ortaq yayında öncəki ilk yarım saatda “Türkiyənin səsi” radiosundan Yasəmən xanımın aparıcılığı ilə Hacəttəpə Universitetinin “Türk xalq bilimi” bölümünün professoru, dr. Özkul Çobanoğlu türk xalqları arasında yayğın olan ortaq atalar sözləri haqqında qənaətlərini bölüşüb, örnəkləri təqdim edib.
Canlı yayımın ikinci yarım saatında aparıcı Dilşad Tahirqızı ilə söhbətində fil.ü.f.d. Elçin Qaliboğlu atalar sözlərinin uşaq və yeniyetmələrin, eləcə də gənclərin tərbiyəsindəki əvəzsiz rolundan danışıb.
Verilişdə uşaq, yeniyetmə və gənclərin tərbiyəsinə yönəlik atalar sözləri təqdim və təhlil edilib. Bildirilib ki, yeni, gənc nəslin nümayəndələrinin ailədə, məktəbdə uyğun nümunələrlə anlaşılan səviyyədə tanışlığı onların ağlında, düşüncəsində ciddi rol oynayır.
E.Qaliboğlu bu gün hər bir ailədə folklor mühitinin yaşadılmasının gərəkliyini bildirib, vurğulayıb ki, orta nəslin baba-nənəsindən, doğmalarından eşitdiyi örnəklərin ailədə yaradıcı şəkildə gələcək nəslə ötürülməsi mənəvi borc sayılmalıdır. O, uşaqlıq dönəmində nənəsindən, ata-anasından eşitdiyi folklor örnəklərinin ruh yaddaşında ciddi iz qoyduğunu qeyd edib.
Verilişdə “Dədə Qorqud dastanları”ndakı ata sözləri haqqında danışılıb, örnəklər təqdim olunub.
Xatırladaq ki, Azərbaycan radiosu ilə yayımlanan verilişi araya-ərsəyə gətirənlər Əhməd Oğuz, Dilşad Tahirqızı, Rövşən Sabiroğlu, Gülsüm Dadaşovadır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.