Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
 

AMEA Folklor İnstitutunun əməkdaşı Azərbaycan radiosu ilə TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub

İyulun 9-da AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlu Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımda qonağı olub.
Bir saatlıq ortaq yayında öncəki ilk yarım saatda “Türkiyənin səsi” radiosundan Yasəmən xanımın aparıcılığı ilə Hacəttəpə Universitetinin “Türk xalq bilimi” bölümündən prof. dr. Özkul Çobanoğlu atalar sözləri haqqında qənaətlərini bölüşüb. Mövzu ilə bağlı “Türk Dünyası ortaq atasözləri sözlüyü” kitabının müəllifi olan Ö.Çobanoğlu qədimdən üzü bəri türk xalqlarında rast gəlinən, yayğın olan atalar sözlərini təhlil edib. Eləcə də o, Azərbaycanda işlənən atalar sözlərinin məzmunu ilə bağlı danışıb.
Canlı yayımın ikinci yarım saatında aparıcı Dilşad Tahirqızı ilə söhbətində fil.ü.f.d. Elçin Qaliboğlu öncə Türkiyənin TRT radiosu ilə Azərbaycan radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin iki qardaş xalq arasında mənəvi bağların daha da möhkəmlənəcəyinə xidmət etdiyini vurğulayıb, uğurlar diləyib. Azərbaycan atalar sözlərinin mahiyyəti haqqında danışan E.Qaliboğlu bildirib ki, zəngin mənəvi sərvətimizin kökü minillərin o tayından gəlir. Bu və başqa çoxsaylı folklor janrlarmıza aid örnəklər xalq olaraq bu torpaqlarda qədim, köklü olduğumuzun sübutudur. Atalar sözləri xalqımızın minillərdən bəri yaradıb-yaşatdığı hikmət xəzinəsidir. Həyata münasibətimizin, davranış qaydalarımızın, milli adət-ənənələrimizin kökündə bu hikmətli ifadələrin təsiri açıq-aydın duyulur. Hər bir insanın mənəvi güc qaynağı olan atalar sözləri həm də ana dilimizin qüdrətinin sübutudur. Minillərin sınağından çıxmış atalar sözləri həyatımızın bütün sahələrini əhatə edir. Digər tərəfdən, çoxlu atalar sözü artıq ilkin mənasından uzaqlaşıb, geniş şəkildə işlənməyə başlayıb. Bu, hər şeydən öncə xalqımızın həyata, inkişafa özünəməxsus, yaradıcı yanaşmasından irəli gəlir.
Verilişdə atalar sözləri ilə məsəllərin fərqi açılb, uyğun misallar təqdim olunub. Atalar sözlərinin uşaq və yeniyetmələrə izah olunmasına gəlincə, E.Qaliboğlu hər bir ailədə ümumiyyətlə, xalq ruhundan yetkin soraqların məcmusu olan folklorumuzun çatdırılması üçün ata-anaların hünər göstərməli olduğunu bildirib. Bu hikmətlər dəfələrlə sınaqdan çıxıb, az sözlə böyük mənalar bildirmək haqqı qazanıb. Uşaqlar böyüdükcə bu hikmətləri daha dərindən anlayacaqlar. Valideynlər xalqımızın bu gözəl örnəklərinin uşaqların həmişəlik yol yoldaşı, mənəvi köməkçisi olması üçün onlara yardımçı olmalıdırlar.
Xatırladaq ki, Azərbaycan radiosu ilə yayımlanan verilişi araya-ərsəyə gətirənlər Əhməd Oğuz, Dilşad Tahirqızı, Rövşən Sabiroğlu, Gülsüm Dadaşovadır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.