Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
02.07.2021

“Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş” I Beynəlxalq Mədəniyyət, Elm vəTəhsil konfransı keçirilib

02 iyul 2021-ci il tarixində AMEA Folklor İnstitutu, AMEA-nın Gəncə bölməsi və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə” həsr edilmiş I Beynəlxalq Mədəniyyət, Elm və Təhsil konfransı keçirilib.

Konfransın açılış mərasimində ilk olaraq Nizami yurdu Gəncə ilə birbaşa bağlantı qurulub. Nizami məqbərəsindəki toplantı İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərovun moderatorluğu ilə aparılıb. Nizami Gəncəvi mərkəzinin Gəncə bölməsinin rəhbəri, fil.e.d., prof. Xəlil Yusifli, fil.ü.f.d.,dos. Səba Namazova, fil.ü.f.d. Raqif Hüseynov, fil.ü.f.d. Əlimuxtar Muxtarov, AMEA Gəncə bölməsinin direktorunun köməkçisi Elnur Həsənov, Humanitar sahə üzrə elmi katib Mətanət Əliyeva, fil.ü.f.d. Aləmzar Tağıyeva, fil.ü.f.d. Ruziyə Quliyeva, Türkan Verdiyeva, Xəyalə Hüseynova, Çimnaz Vəliyeva və mətbuat katibi Vaqif Tanrıverdiyev şairin məqbərəsini ziyarət etdikdən sonra Nizami irsi ilə bağlı çıxış ediblər. Konfransın təşkilində öz köməklərini əsirgəməyən AMEA-nın Gəncə bölməsinin direktoru, akademik Fuad Əliyev və fil.e.d.,prof. Xəlil Yusifliyə İKSAD-ın təsis etdiyi mükafat təqdim edilib.


Konfransın plenar iclasında AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqi söyləyərək Nizami Gəncəvinin 880 illiyinə həsr edilən bu konfransın Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı işığında keçirildiyini vurğulayıb. Akademik bildirib ki, Nizami, heç şübhəsiz, dünyanın ən nadir və ən qüdrətli sənətkarlarından biri və məktəb yaradan sənətkardır. Akad.M.Kazımoğlu-İmanov çıxışı zamanı Nizaminin dünya ədəbiyyatı tarixində “Xəmsə” yaradan ilk sənətkar və “Xəmsə”nin onun ədəbi məktəbinin ana xəttini təşkil edən bir poetik sistem olduğunu diqqətə çatdırıb. Nizaminin dərin bir alim, eləcə də görkəmli mütəfəkkir olduğunu vurğulayan alim onun həm mütəfəkkir, həm də bədii söz ustası olaraq dünya ədəbiyyatına əsaslı dərəcədə təsir etdiyini qeyd edib.


Sonra söz AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, Dədə Qorqud dərgisinin baş redaktoru, fil.e.d. Ramazan Qafarlıya verilib. Alim çıxışı zamanı bildirib ki, artıq bir neçə aydır ki, Azərbaycan, Türkiyə və digər türkdilli ölkələrdə, eləcə də bir sıra Avropa ölkələrində türk dünyasının iftixarı, dünya mədəniyyətinin korifey sənətkarı Nizaminin 880 illik yubileyi qeyd edilir. Fil.e.d. R.Qafarlı Nizaminin Azərbaycan türkünün ocağında dünyaya gəldiyinin böyük fəxr olduğunu bildirərək, XII yüzllikdə dünyaya göz açan və intibah ab-havası ilə öz bədii əsərlərini meydana gətirən Nizami haqqında mübahisələrin illər uzunu davam etdiyini, eləcə də Sovet dönəmindən başlayaraq Nizaminin fars dilində yazmasını əsas tutaraq onun daha çox iran ədəbiyyatının nümayəndəsi kimi təqdim edildiyini diqqətə çatdırıb.


AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.e.d.,prof. Seyfəddin Rzasoy isə çıxışı zamanı bildirib ki, XII əsrdə ədəbiyyat meydanına atılan Nizami Gəncəvi öz “Xəmsə”si ilə təkcə yeni poetika yaratmayıb, o, yeni bir ideologiyanın, poetik qəlibdə ifadə olunan yeni milli ideologiyanın əsasını qoyub. Alim Nizamini öz “Xəmsə”si ilə türk milli kimliyinin ideoloji əsaslarını yaratmış böyük bir sənətkar, fövqəladə bir şəxsiyyət olduğunu vurğulayaraq, onun yaradıcılığını XII əsrdən başlayaraq bu gün də müasir insanın düşüncələrini özündə əks etdirənbir yaradıcılıq hadisəsi kimi dəyərləndirib.


Açılış mərasimində Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD)nun rəhbəri Dr.Mustafa Lətif Əmək də söz alaraq Nizamini təkcə Azərbaycan mədəniyyətinə deyil, bütün dünya mədəniyyətinə təsiri olan fikir və ədəbiyyat insanı kimi qiymətləndirib. Nizaminin yandırdığı məşəl ilə Azərbaycan xalqının daxilindəki milliyyətçilik və vətənsevərlik eşqini yüksək dəyərləndirən türkiyəli alim Azərbaycan imzasının dünya ölkələri içərisində əbədi yaşayacağına da əminliyini ifadə edib.


AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sən.e.d.,prof. Nailə Rəhimbəyli də çıxışı zamanı Nizaminin hər zaman aktual və müasir olduğunu qeyd edib. Alim bildirib ki, Gəncədə doğulub boya-başa çatan Nizami öz doğma yurdundan bir addımda kənara çıxmadan yazıb yaradıb və bununla da dünya ədəbiyyatına bir-birindən əvəzsiz qiymətli əsərlər bəxş edib. Sən.e.d.,prof. N.Rəhimbəyli Nizaminin “Xəmsə”ni bir model olaraq yaratdığını və ondan sonra gələn yazar və şairlərin də bu model əsasında öz “Xəmsə”lərini yaratdıqlarını, milliyyətindən, yaşadığı yerdən asılı olmayaraq onun yaradıcılığına müraciət edən hər bir insanın bu yaradıcılıqda inam, ümid, həqiqət, ədalət, əxlaq və məhəbbət azadlığı meyillərini gördüyünü vurğulayıb.

Açılış mərasiminin sonunda AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d.,prof.Cəlal Qasımov söz alaraq bildirib ki, Nizaminin bir misrası belə bir konfrans mövzusunu təşkil etməyə qadirdir. Alim Nizaminin XII əsrdə birinciliyi qoruyub saxlaya bilən dahi sənətkar olduğunu vurğulayaraq Nizaminin milli və ədəbi kimliyi məsələlərinə işıq salıb. Prof.C.Qasımov çıxışı zamanı ötən əsrin 30-cu illərində Səməd Vurğunun Nizami barədə fikirlərinə, Aleksandr Fadayevin Nizamini rus adlandırmasına, farslar və ermənilərin isə onu fars adlandırmalarına, ermənilərin bir qədər də irəli gedərək Nizamini “kürd kökənli fars” adlandırmalarına diqqət çəkib.
Konfransın açılış panelinin sonunda Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) məruzəçiləri ödüllə təltif edib.


Açılış panelindən sonra öz işini bölmələrdə davam etdirən konfransda 90-a yaxın məruzə dinlənilib. Konfrasın bağlanış mərasimində Təşkilat komitəsinin rəhbərlərindən olan fil.e.d., prof. Ramazan Qafarlı yekun nitqi ilə çıxış edərək bildirib ki, Nizaminin yaşadığı dövrdə Şərq intibahının beşiyi Gəncə, Naxçıvan və Təbriz idi. Humanizm və bəşəri ideyaların bünövrəsi məhz ədəbiyyat və incəsənətdə ilk olaraq bu şəhərlərdə qoyulmuşdur. Bizim konfrans da Azərbaycanın vuran qolu Gəncədə, Nizaminin məqbərəsində başladı, ürəyi Bakıda, AMEA Folklor İnstitutunda davam etdi və düşünən beyni, başı Naxçıvanda, NDU-nun İncəsənət fakültəsinin Nizami kompozisiyası ilə tamamlandı və əvvəldən sona kimi müasir Türk Dünyasının yönəticisi Türkiyənin dəstəyini aldı. Bu Azərbaycanın, Türkiyənin, ümumilikdə Türk Dünyasının bütövlüyü deməkdir. Yaxın gələcəkdə Nizami "Xəmsə"si kimi 5 yerə parçalanmış Vətənimiz də bütövləşəcək.


Konfransın bütün iclaslarında Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun(İKSAD) rəhbəri Dr.Mustafa Lətif Əmək, Baş Əlaqələndirici Atabek Movlyanov və Nurlan Əhmədov iştirak edib.
“Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş” I Beynəlxalq Mədəniyyət, Elm və Təhsil konfransının bölmə iclaslarının dəyərləndirilməsindən sonra estafeti Naxçıvan qəbul edib, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılovun rəhbərliyi ilə hazırlanan “Nizami” kompozisiyası ilə tədbir başa çatıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.