Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

"Azərbaycan mədəniyyətində Novruz"

Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş elmi sessiya keçirildi

Martın 9-da AMEA Folklor İnstitutunda "Azərbaycan mədəniyyətində Novruz" adlı elmi sessiya keçirildi. Tədbiri giriş sözüylə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açaraq sessiyanın keçirilməsi məqsədi haqqında bilgi verdi: "Sessiyanın məqsədi Azərbaycan xalqının qeyri-maddi, mədəni irsinin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində dövlət siyasətinin tərkib hissəsi kimi xalq bayramlarının, o cümlədən Novruzun tarixi, müasir mədəniyyətimizdə yeri və durumu, xalqımızın milli özünüdərkində əhəmiyyəti, onda daşınan dəyərlərin qorunması imkanları və s. mövzularda çağdaş elmi qənaətlərin ümumiləşdirilməsidir".


Daha sonra M.İmanov Novruzun böyük bir mədəniyyət hadisəsi olduğunu qeyd edərək bu bayramla bağlı aydın və habelə mübahisəli məsələlərin olduğunu bildirdi. Novruz çərşənbələrindən söz açan M.İmanov bu mövzuda bir çox araşdırmaçıların fərqli düşüncələrinin olduğunu bildirdi, çərşənbələrin sıralanmasının müxtəlifliyindən, çoxvariantlığından, bunun da folklor qanunauyğunluğu ilə bağlı olmasından bəhs etdi. Onu da ayrıca vurğuladı ki, folklora folklor mədəniyyəti hadisəsi kimi baxmaq, habelə Novruzla bağlı məsələlərə geniş yanaşmaq gərəkdir.


AMEA Folklor İnstitutu "Müasir folklor" şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat Novruz bayramı ilə bağlı müxtəlif qaynaqlarda məlumatların olmasından söz açdı, əcdadlarımızın fəhmən gecə-gündüz bərabərləşməsini duymasının, bilməsinin astronomik tərəflərinə diqqət çəkərək qeyd etdi ki, bayramın təməlində duran əsas məsələ "ölüb-dirilən" təbiətdir. F.Bayat Novruzla bağlı orta yüzilliklərə aid elmi-tarixi əsərlərdə bayramın mahiyyəti ilə bağlı müəyyən yanlış yozumların olduğunu da diqqətə çatdırdı.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Güllü Yoloğlu çərşənbələr mövzusunda çıxış etdi. Azərbaycanın bölgələrində çərşənbələrin müxtəlifliyindən, fərqli şəkildə adlanmasından söz açdı.
AMEA Folklor İnstitutu "Musiqi folkloru" şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rafiq İmrani "Novruz və musiqi folkloru" mövzusunda çıxış etdi, xalqımızın Novruzla bağlı silsiləvi və kütləvi xarakterli musiqilərinin olduğunu bildirdi. Qeyd etdi ki, Novruz ənənəmizdə musiqi folklorumuzun bütün imkanları yaradıcı şəkildə ifadəsini tapıb.


ADPU Folklor Mərkəzinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı SSRİ-nin şöküşü ərəfəsində milli bayramların bərpası, o cümlədən Novruzla bağlı bayram mərasımlərinin keçirilməsinin yenidən təşkili ilə bağlı görülən işlərdən danışdı. Söylədi ki, o zaman bayramın mütəşəkkil şəkildə keçirilə bilməsi üçün respublika rəhbərliyi səviyyəsində bayramla bağlı vəsaitlərin hazırlanması sifariş olunub. O dövrün folklorçuları, o cümlədən onun özü də bu prosesdə iştirak edib. Əldə olan azsaylı tədqiqatlardan qısa bir zamanda Novruz bayramı ilə bağlı kitab hazırlanaraq təqdim edilib.


AMEA Folklor İnstitutu "Mərasim folkloru" şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil “Türk xalqlarının yaz bayramları və Novruz” mövzusunda məruzə etdi. Məruzəçi Novruzda qeyd olunan bir sıra mərasim komponentlərinin türk xalqlarının arxaik ritualları ilə bağlı olduğunu və onların yaz mövsümü ilə bağlı bayramlarında indiyədək qorunub qaldığını diqqətə çatdırdı. Onun müşahidələrinə görə, yaz mövsümü ilə bağlı bayramların əsasında günəş və od kultu ilə bağlı arxaik rituallar dayanmaqdadır.


Folklor İnstitutu "Dədə Qorqud" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, institutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev, “Mifologiya” şöbəsinin elmi işçisi Elçin Qaliboğlu və başqaları məruzələr ətrafında çıxışlar etdilər.
Sonda müzakirələri ümumiləşdirən M.İmanov bu cür elmi müzakirələrin əhəmiyyətini vurğuladı. Bildirdi ki, folklorda çoxvariantlığa təbii baxmaq lazımdır. Elmin hüdudu yoxdur. O, Novruzla bağlı araşdırmaların bundan sonra da aparılmasına ehtiyacın olduğunu bildirdi.
Sonda qərara alındı ki, elmi sessiyada edilən məruzələrin mətni “Dədə Qorqud” jurnalında nəşr edilsin.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.