Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
16.06.2021

"Cəlilabad folklor örnəkləri" kitabının təqdimatı keçirilib

13.06.2021-ci il tarixində "Cəlilabad folklor örnəkləri" I kitabının təqdimatı keçirilib.
Təqdimatda AMEA Folklor İnstitutunun əməkdaşları filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru İslam Sadıq, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, eləcə də fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan Tarixi kafedrasının dosenti Zakir Kərimov, Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Salman Süleymanov və hüquq üzrə fəlsəfə doktoru Səyyad Məcid iştirak ediblər.
Fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov çıxış edərək bildirib ki, müəlliflər kitabı çapa hazırlayana qədər dəfələrlə onun müzakirəsini aparıb və mükəmməl bir iş ərsəyə gətiriblər.
Filologiya elmləri doktoru İslam Sadıq da Sahibə Sədnikqızı və İlkin Elsevərin toplayıb tərtib etdikləri kitabı çox yüksək qiymətləndirib. O, çıxışı zamanı sözügedən kitabda bütün mətnlərin orjinallığına, mətnlərin dil və üslub xüsusiyyətlərinə toxunulmaması və s. məsələlərə diqqət çəkib.

Filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxış edərək bu kitab sayəsində artıq yeni folklor mətnlərinin toplanması prosesinin başlanmış olduğunu qeyd edib.
Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Zakir Kərimov, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Salman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı, hüquq üzrə fəlsəfə doktoru Səyyad Məcid, filologiya üzrə fəlsəfə doktoru Emin Ağayev, Türkiyədən qatılan Aytən Lalayeva, tarixçi-tədqiqatçı Rza Rzayev və digər elm adamları da çıxış edərək kitabın elmi əhəmiyyətindən söz açıblar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.