“Cəbrayıl: Qalalı məhəlləsi” kitabı nəşr olunub
Bu günlərdə AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin əməkdaşı Qumru Şəhriyarın “Cəbrayıl: Qalalı məhəlləsi" adlı kitabı işıq üzü görüb. Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabda XIX əsrin sonu - XX əsrin əvvəllərində erməni təcavüzündən yaxa qurtarmaq üçün Cəbrayıl qəzasına üz tutan şuşalılardan və onların burada qurduqları Qalalı məhəlləsindən, rayonun ictimai-mədəni həyatında onların rolundan, Cəbrayılın işğal altında olduğu illərdə keçirdikləri tədbirdən və ümumilikdə ziyalılarından bəhs olunur. Kitabın məsləhətçisi ATU-nun professoru, Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti Nadir İsmayılov, redaktorları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Nailə Əskər və Nigar Həsənovadır.
Kitab Qarabağ ─ Şuşa ─ Cəbrayılın tarixini, etnoqrafiyasını, folklorunu öyrənmək istəyən folklorşünaslar, etnoqraflar üçün dəyərli mənbədir və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. |