AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

31 may 2021-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. O, gündəlikdəki məsələlərin institutun elmi-tədqiqat şöbələrində fərdi plan işlərinin icrası, AMEA Folklor İnstitutu Elmi Şurasının tərkibində dəyişiklik edilməsi, fil.e.d.Ramazan Qafarlıya və fil.e.d. Əfzələddin Əsgərova professor, fil.ü.f.d. Sevinc Əliyevaya isə dosent elmi adının verilməsi olduğunu bildirib. İlk məsələ ilə bağlı institutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d.,dos. Oruc Əliyev çıxış edərək elmi-tədqiqat şöbələrində yerinə yetirilmiş fərdi plan işlərinin arxivə təqdim edilməsi ilə bağlı problemlərin olduğunu vurğulayıb və şöbələrə həmin problemlərin aradan qaldırılması üçün qısa vaxt verildiyini bildirib.

Gündəlikdəki ikinci məsələ AMEA Folklor İnstitutu Elmi Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı akademik Muxtar-Kazımoğlu İmanov məlumat verib. Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə seçilmiş fil.e.d.,prof. Cəlal Qasımovun Elmi Şuranın tərkibinə daxil edilməsi təklif edilib. Qısa müzakirədən sonra Elmi Şura üzvləri məsələnin lehinə səs veriblər.
Şuranın iclasında həmçinin fil.e.d.Ramazan Qafarlı və fil.e.d. Əfzələddin Əsgərova professor, fil.ü.f.d. Sevinc Əliyevaya isə dosent elmi adının verilməsi məsələlərinə baxılıb. Elmi Şura üzvləri iddiaçıların iddia etdiyi adları almasına yekdilliklə səs veriblər.

