Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Folklor İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də AMEA Folklor İnstitutunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktor müavini, folologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev Xocalı faciəsinin qurbanlarının xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib.
Tarix üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlilli tariximizdə Xocalı kimi faciələrin olduğunu, ancaq bir xalq olaraq sarsılmadığımızı bildirib. Faktlarla danışan çıxışçı Xocalı faciəsinin ümumiyyətlə, 20-ci yüzilin ən dəhşətli faciələrindən olduğunu vurğulayıb. O, son vaxtlar Xocalı faciəsinin dünyaya tanıtdırılması yönündə aparılan işlərin əhəmiyyəti olduğunu vurğulayıb: «Hər bir kəs Xocalı faciəsinin dünyaya tanıtdırılması üçün vətəndaş mövqeyini nümayiş etdirməlidir».

Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli Xocalı faciəsi ilə bağlı gerçəklərin tanıdılmasının ciddi bir hadisə olduğunu bildirib.
Elmi işçi Elçin Qaliboğlu bildirib ki, Xocalı faciəsi erməninin şəxsində insan yırtıcılığıdır: «Erməni indi də Xocalıda törətdiyi yırtıcılığa qəhrəmanlıq kimi baxır. Ancaq bu, onun üçün heç vaxt bəraət imkanı olmayan dəhşətli üzüqaralığı, bəşəri cinayətdir».
Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil: «Bütövlükdə bir şəhərin əhalisi vəhşicəsinə hücuma məruz qalıb, köməksiz insanlar məhv edilib. Dinc əhalini öldürmək dünyanın savaş sənətində yoxdur. Dünya təəssüf ki, hələ Xocalı faciəsinə ikili standartlarla yanaşır».
Filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil Xocalı faciəsindən az sonra ermənilərin törətdikləri faciələrdən söz açıb, bu hadisələrin faktlarla kitab şəklində araya-ərsəyə gətirilməsi üçün çalışdığını bildirib.
Habelə filologiya üzrə fəlsəfə doktoru Ləman Ələkbərova, Nizami Muradoğlu və başqaları çıxış edərək qənaətlərini bildiriblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.