Nizami Muradoğlunun "Alp Ərdoğan – Sultan Ərdoğan" kitabı nəşr olunub

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, fİlologiya elmləri doktoru, şair, dramaturq Nizami Muradoğlunun yeni kitabı nəşr olunub. "Alp Ərdoğan – Sultan Ərdoğan" kitabı Azərbaycanı öz vətəni kimi sevən Türkiyənin Cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğana ithaf edilib. “Zəfər kitabları qaliblərə ithaf olunur” başlıqlı ön sözdə fil.e.d.,prof. Seyfəddin Rzasoy və fil.ü.f.d.,dos. Qalib Sayılov kitabın məram və məqsədini açıqlamağa çalışıblar.
Nizami Muradoğlunun “Alp Ərdoğan – Sultan Ərdoğan” poemasında Sayın Rəcəb Tayyib Ərdoğanın həyatının, eləcə də ictimai- siyasi fəaliyyətinin böyük bir hissəsi nəzmə çəkilib, qəhrəmanın bədii portreti yaradılıb. “Üzündə ay işığı, gözlərindən nur yağan Rəcəb Tayyib Ərdoğan” kimi obrazlı ifadələr qəhrəmanın daxili aləmi ilə oxucu münasibətlərinin təmasını formalaşdırır. Müəllif son sözündə sayın Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsindəki fəaliyyətini yüksək qiymətləndirərək, belə bir əsər yazmağı özünün mənəvi borcu hesab edir. |