Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






Sayğac
free counters
 
05.05.2021

Folklorşünas alimlərin növbəti məqaləsi Scopus elmi bazasında indeksləşən jurnalda dərc edilib


AMEA-nın Folklor İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Səfa Qarayev və Hikmət Quliyevin Scopus elmi bazasında indekslənən “Turkish Journal of Computer and Mathematics Education” jurnalında "Ömürboyu təhsildə virtual folklorun funksional imkanlarindan istifadə və onun psixoloji aspektləri” adlı növbəti məqaləsi işıq üzü görüb.
Müasir folklorşünaslığın yeni və aktual istiqamətlərindən biri olan tətbiqi folklorşünaslıq (folklor vasitəsilə öyrənmə) aspektindən qələmə alınmış məqalədə nəzəri-metodoloji olaraq kulturoloji, texnokulturoloji, psixoanalitik və sosial psixoloji yanaşmalardan istifadə olunmuşdur.
Məqalədə informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayılması, ifrat informasiya bolluğu şəraitində effektiv təlim texnologiyalarının müəyənləşdirilməsində folklordan istifadənin perspektivləri təhlil olunmuşdur. Ömürboyu təhsildə virtual folklorun funksional imkanlarından istifadə və onun psixoloji aspektlərinin müəyyənləşdirilməsi üçün ənənəvi mədəniyyətdə biliyin və təcrübənin ötürülməsi mexanizmləri ilə müasir təhsildə tədris texnologiyaları müqayisə olunmuş, xalq pedaqogikasının potensial imkanlarının ömürboyu təhsilə tətbiq perspektivləri nəzərdən keçirilmişdir.
Məqalədə diqqətə çatdırılır ki, folklor şəxsiyyətin sosial-psixoloji mahiyyətinin formalaşmasında əlahiddə rolu malik olduğu üçün fərdlərin xarakterinin, dünyagörüşünün, dəyərlər sisteminin, arzu və istəklərinin yaranmasında onların mənsub olduqları lokal sosial qruplar şərtləndirici parametr statusuna malikdir. Bu baxımdan fərdin psixoloji kompleks və gərginlik yaşamadan cəmiyyətin bütün sferaları ilə sərbəst ünsiyyətə daxil olması və müxtəlif sosial qruplara çevik, məqsədyönlü adaptasiyası (inteqrasiya) həmin lokal sosial qrupların dərindən öyrənilməsi zərurətini meydana çıxarır. Müasir təhsilin hədəflərindən biri yetişən yeni nəsilləri qeyri-humanist, lokal stereotiplərdən azad olmağa, bəşəri dəyərlərlə həmahəng olan stereotiplərin mənimsənilməsinə yönəltməkdir. Bu kontekstdə məqalədə diqqətə çatdırılır ki, əgər müasir təlim texnologiyalarında virtual folklor nümunələrindən səmərəli istifadə edilərsə, bu, qloballaşma şəraitində geniş yayılmış mədəni şok və akkulturasiya stressi yaşamadan insanların lokal psixoloji stereotiplərdən uzaqlaşmasına böyük yardım etmiş olar. Məqalədə əldə edilmiş nəticələr aşağıdakı kimi ümumiləşdirilmişdir:
1. Ömürboyu təhsil şərtilə effektiv təlim texnologiyalarının müəyyənləşdirilməsində çoxsaylı sosial-mədəni təsisatların, xüsusən ənənəvi mədəni institutların (folklorun) təlim üsulları, yəni biliyin ötürülməsinin folkloristik modelləri aktual və effektivdir, onlar öz funksional imkanları ilə müasir təlim texnologiyalarının tətbiqində böyük istifadə potensialına malikdir.
2. Ömürboyu təhsil paradiqmasından folklora baxdıqda aydın olur ki, kiçik yaşlardan dünyanı dərk və ifadə etmə kimi mənimsənilən folklor sonrakı mərhələlərdə də insanların yeni bilik və təcrübələri əldə etməsində sosial-mədəni mexanizm kimi mühüm rol oynayır.
3. Ənənəvi folklor faktlarından fərqli olaraq, virtual mühitdə meydana gələn nümənələr mahiyyəti etibarı ilə qeyri-mühafizəkar olduğu və ənənəyə sərbəst münasibət əsasında ortaya çıxdığı üçün ömürboyu təhsil prosesində iştirak edən subyektlərin humanitar və ictimai təmayüllü bilik və informasiya təminatının həyata keçirilməsində onlardan (sosial şəbəkə və forumlarda mövcud olan virtual folklor resurslarından) səmərəli şəkildə yararlanmaq mümkündür.
4. Fərdin cəmiyyətin bütün sferalarında psixoloji kompleks və gərginlik yaşamadan sərbəst ünsiyyətə daxil olması və müxtəlif sosial qruplara adaptasiyası üçün həmin qrupun folklorunun mənimsənilməsinə böyük ehtiyac vardır.
5. Müasir təlim texnologiyalarında virtual folklor nümunələrindən səmərəli istifadə edilərsə, bu, qloballaşma şəraitində geniş yayılmış mədəni şok və akkulturasiya stressi yaşamadan insanların təhsil vasitəsilə ümumbəşəri dəyərləri mənimsəməsinə, eyni zamanda lider şəxsiyyət kimi formalaşmasına olduqca böyük yardım etmiş olar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.