Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Folklor İnstitutunda Novruz bayramı qeyd olundu


AMEA-nın Folklor İnstitutu professor Hüseyn İsmayılovun rəhbərliyi ilə Novruz tədbirini qeyd edib. Tədbir iki hissədən ibarət olub.
Birinci hissədə Novruz bayramına həsr olunmuş elmi sessiya öz içinə başlayıb. Rəsmi hissəni giriş sözü ilə açan professor Hüseyn İsmayılov öncə məclis iştirakçılarını xalqımızın bu möhtəşəm bayramı münasibəti ilə təbrik edib. Bir neçə min illik türk tarixinin yaddaşından süzülərək bizə gəlib çatan bu bayramın dünyanın bir sıra müsəlman xalqlarında da qeyd olunduğunu deyən professor Hüseyn İsmayılov Respublikamızda bu bayrama verilən yüksək önəmi də vurğuladı. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti və abidələri ilə yanaşı Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

Filologiya elmləri namizədi Oruc Əliyev isə öz çıxışında Novruz bayramının mərasimi səciyyə və mahiyyətinə nəzər salaraq onun bir sıra detallarını təhlil edib. Bildirib ki, bayramın əsas mahiyyətinin öyrənilməsi və araşdırılması işində bir sıra nəticələr əldə olunsa da bu sahədə görüləcək tədbirlər hələ də tədqiqatçılarını gözləyir.
Tədbirdə çıxış edən filologiya elmləri namizədi Ağaverdi Xəlil isə Novruz bayramını qeyd edən xalqlarda bu bayramla bağlı mövcud olan anlayış və ifadələrə aydınlıq gətirmişdir. Alim bildirmişdir ki, müxtəlif türk soylu və müsəlman xalqlarında qeyd olunan bu törənin kökləri ən qədim zamanlara gedib çıxır. Məhz bununla bağlıdır ki, bayramın adət və mərasimlərində ən qədim düşüncə və şüurla bağlı olan detallar öz əksini tapmışdır.


“Çərşənbələr novruzqabağı çillələrdir” mövzusunda çıxış edən filologiya elmləri namizədi Şakir Albalıyev ənənəvi yanaşmalardan fərqli olaraq Novruz öncəsi qeyd olunan çərşənbələri çilə mərasimləri kimi yozmuşdur. “Çərşənbə”, “çilə” ifadələrini və bayramda qeyd olunan adətləri diqqət önünə gətirərək təhlil edən alim Novruz bayramına yeni istiqamətdən yanaşmağın vacib olduğunu əsaslandırdı.
İnstitutun Mifologiya şöbəsinin elmi işçisi Elçin Qaliboğlu isə öz çıxışında zamanın sınağından keçərək günümüzə gəlib çatmış bu bayramın türkün ruhunun ifadəsi olduğunu bildirdi. Mənəvi dəyərlərin sarsılmaqda olduğu bir dönəmdə bu bayramın vacib əhəmiyyətə malik olduğunu vurğulayan tədqiqatçı türk xalqlarının birliyinin yaradılmasındakı rolunu da qeyd etdi.


Tədbirdə işdirak edən f.e.d. M. Kazımoğlu, f.e.d., profeessor Füzuli Bayat, f.e.n. S. Rzasoy, f.e.n. R. Kamal və digərləri bayramın mübahisəli məqamları ətrafında fikir mübadiləsi apararaq onun daha aktual problemlərini diqqət önünə gətiriblər.
AMEA Folklor İnstitutunun “İrs” folklor ansamblının kollektivi Novruz bayramına xas olan Kosa, Keçəl kimi obrazlarını canlandırıb və tonqal ətrafında təşkil olunan mərasimi səhnələşdiriblər .

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.