Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Su çərşənbəsi gəldi...

Qədim türk düşüncəsində insanın təbiətə münasibəti olduqca müqəddəs olub. Təbiət əcdadlarımızın təfəkküründə yaradıcı şəkildə mənalandırılıb. Xüsusən Hovruz mərasimlər sistemində təbiətə münasibət olduqca mənalı və yaşarıdır.
El inancına görə, çərşənbələr su, od, yel və torpaq adıyla sıralanır. Su çərşənbəsi ilə bağlı danışan AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov bu qənaətdədir ki, hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur: "Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbələrində xalq arasında indi də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir".
Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Professor Azad Həbiyev bildirir ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb: "Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Hovruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Hovruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ böyük çillə ilə kiçik çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ kiçik çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ dörd həftəlik axır çərşənbələri əhatə edən boz aydır. Bundan sonra isə Hovruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə su, od və yel çərşənbəsindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır". Ümumiyyətlə, su türklərin ruhunda çox rəmzləşib.
Çərşənbələrdə adətən tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edir, habelə buna möhkəm inanırlar. Burada məqsəd qışda qalan ağırlığın, ağrı-acının candan tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir. Boz ayın çəşənbələrindən ilki olan su çərşənbəsi xalq arasında həm də "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Hovruzu" adları ilə deyilir. İnanca görə, su çərşənbəsində su yenilənir. Su çərşənbəsi suya sitayişlə başlayar. Qədimdən bəri insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, yaralıların yarasına çərşənbə suyu səpərdilər. O gün suyun ətrafına bir sıra mərasimlər keçirilərdi. İnanca görə, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirirlər. Su çərşənbəsində sübh tezdən gedib axar bulaqdan, çaydan və ya arxdan "lal su" (suyu evə gətirənə qədər heç kimlə danışmaz) gətirərlər. Bu suyu qablara doldurarlar. Yazın nəfəsinin ilk duyulduğu su çərşənbəsində inanca görə, sulara ixtiyar verilir, yəni həmin gündən daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.