Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Foklor İnstitutu və “İrs” folklor ansamblı Novruz tədbirlərinə hazırlaşır


Qarşıdan xalqımızın ən qədim gələnəklərini özündə ehtiva etdirən qədim türk bayramı – Novruz gəlir. Hər il olduğu kimi, AMEA-nın Foklor İnstitutunda Hüseyn İsmayılovun rəhbərliyi ilə xalqımızın bu möhtəşəm bayramını qeyd etmək üçün müxtəlif tədbirlər hazırlanır. Belə ki, Foklor İnstitutu milli-mənəvi dəyərlərin daşıyıcısı və qoruyucusu olmaqla qədim adət və ənənələrin klassik formada xalqa çatdırılması və şüurlarda yenidən bərpası üçün Novruz bayramının keçirilməsi ilə bağlı işlər görməkdədir. Bəlli səbəblərlə əlaqədar olaraq bu gün xalqların milli-mənəvi dəyərlərinin yad ünsürlərlə aşınmasının getdiyi bir zamanda xalqa məxsus olanların xalqa qaytarılması çox vacib bir məsələdir. Bunu nəzərə alan Folklor İnstitutunun rəhbərliyi Novruz bayramı və bu bayramla bağlı olan bütün cizgiləri əks etdirən tədbirin təşkil olunmasını qərara alıb. Belə ki, hər il olduğu kimi, bu il də İlaxır çərşənbə günündə keçirilən tədbirin bütün element və detallarını özündə birləşdirən tamaşa-kompazisiyanın təqdim olunması nəzərədə tutulur.
“İrs” folklor ansamblının kollektivi Novruz bayramına xas olan Kosa, Keçəl kimi obrazların canlandırılması, tonqal ətrafında təşkil olunan mərasimin səhnələşdirilməsi üçün xüsusi işlər görməkdədir. Təsadüfi deyildir ki, ölkəmizdə Novruz bayramının səhnələşdirilərək xalqa təqdim olunması işi də “İrs” foklor ansamblının ifasında olacaq.
Novruz bayramının bütün incəliklərini geniş xalq kütlələrinə çatdırmaq üçün Foklor İnstitutunda keçiriləcək mərasimin lentə alınaraq televiziya və radio ilə də təqdim olunması gözlənilir.

AMEA-nın Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.