İNSTITUTUMUZUN ƏMƏKDAŞININ
BEYNƏLXALQ “ALTUN ƏSR” MÜKAFATI
AMEA Folklor İnstitutunun “Qorqudşünaslıq” şöbəsinin əməkdaşı, tanınmış tərcüməçi-türkoloq, filologiya elmləri doktoru Ramiz Əskər
Türkmənistan Prezidentinin Beynəlxalq "Altun əsr" mükafatına layiq görülmüşdür. Bu mükafat əməkdaşımıza məşhur türkmən şairi Molla Nəfəsin "Seçilmiş əsərləri"ni Azərbaycan dilinə tərcümə etdiyinə görə verilmişdir.
Gəncliyindən ardıcıl olaraq türkologiya ilə məşğul olan Ramiz Əskər Faruq Sümərin "Oğuzlar", Bahəddin Ögelin "Türk mifologiyası", Yusif Balasağunlunun "Qutadğu bilik", Mahmud Kaşğarinin "Divanü lüğət-it-türk", Məxdumqulunun əsərlərini, Oraz Yağmurun, Todur Zanetin seçilmiş şeirləri, XX əsr özbək poeziyası antologiyasını tərcümə etmişdir. Mükafatın təntənəli təqdimat mərasimi oktyabrın 7-də Aşqabad şəhərində keçirilmişdir.
Aynur Qəzənfərqızı
AMEA Folklor İnstitutunun
Xarici Əlaqələr Bölməsinin əməkdaşı |