Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 


SEVGİLİ İNSAN VƏ SEVİLƏN ALİM

(Azərbaycan folklorşünasliğının patriarxlari)

Böyük alimlər haqqında yazmaq həcmindən asılı olmayaraq, həmişə çox çətindir. Çünki alimin böyüklüyü onun mənəviyyat dünyası ilə intellektual aləminin harmoniyasıdır – bunu sadəcə dərk etmək kifayət etmir, duymaq, həmin ritmi yaşamaq lazım gəlir. Anri Berqson deyirdi ki, böyük alim haqqında nəsə demək üçün onunla qəlbin ən dərin güşəsindən qaynaqlanan emosiyalar sahəsində bir olmaq lazımdır. Bu “guşə” Allaha aparan yolun astanasıdır: Ora hər düşünən kəsin “əli çatmır”. Peyğəmbər salavatullahın “alim öldü – aləm öldü” kəlamının insan intellekti üçün zirvə sayıla bilən və çox hallarda yalnız duyumla tutula bilən məna çalarlarlarından biri, bəlkə, elə bundan ibarətdir...
Azərbaycanda çox incə ziyalılıq (bundan sonra ana dilimiz üçün daha doğma olan “aydınlıq”, deyək) ənənəsi var. Bunu əksər hallarda hiss edib, məntiqin dili ilə insanlara çatdıra bilmirik. Bu səbəbdən “nəyə görə əsrlərdir ki, Azərbaycan var ola bilir?” sualına da dürüst cavab tapa bilmirik. Bəli, cəsarət edib deyirik ki, “Azərbaycan hər şeydən öncə özünəməxsus aydınlıq (ziyalılıq) ənənəsinə sahib olduğuna görə dünyanın ən amansız istismar növləri olan fars və rus əsarətinə tab gətirərək özündə qala bilib”. Azərbaycan mənəviyyatını, xalqın yaradıcılıq intensiyasını (daxili mahiyyətindən qaynaqlanan yaradıcılıq meyllərini) dəyişə bilmədilər. Hər şeyi itirdik, bu koddan başqa. Azərbaycan ideyasının nüvəsində duran həmin kodu tarixin müxtəlif dönəmlərində konkret şəxssiyyətlər qəlblərinin “Allaha aparan yolun astanası” olan guşəsində saxladılar, böyütdülər, isitdilər, enerji verdilər və nəsillərə ötürdülər. O enerjinin işığına minlər toplaşdı (fiziki mənada yox, mənəxi-əxlaqi, ideoloji, yaradıcı mənada), bu məmləkət intellekt nuruna qərq oldu. Bu nur seli Azərbaycanda aydınlıq ənənəsidir, o selin işıq saçan daşıyıcıları – “intellekt kvantları” böyük alimlərdir. İndi deyin, ocaq olub, nur seli yaradanın istisinə yığışıb, ondan qidalanan bu mənbə haqqında nə deyə bilərik? Çox çətindir. O “intellekt kvantlarından” biri, nur ocağı AMEA-nın Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılovdur. Bunu nədən bildik?

İnsanın daxili dünyası əməlində reallaşır

Hüseyn İsmayılovun gödüyü işlər hər kəsin gözü önündədir – Folklor İnstitutu. Azərbaycanda indi çoxları çox şeylər yaradırlar. Biri park salır, digəri yaşayış binası tikir, bir başqası şadlıq sarayı ucaldır, özünə maddi gəlir verən obyektlər tikir, torpaq alır, nəhəng villa(lar) ucaldır, eləsi də var ki, cinayət qruplaşması düzəldir. Hüseyn İsmayılov isə ilin-günün bu vaxtında elmi-tədqiqat institutu üçün bina almaq savaşına girir, onu yaradır, başına tədqiqatçılar toplayır, onların təminatı qayğısını çəkir, “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” layihəsini işə salır və əvəzində heç nə istəmir. Tək bir istəyi var – ətrafında olanlar onun bu işlərinin xalqa xidmət etdiyini dərindən dərk etsinlər və bu əsasda da bir-birilərinə hörmət etsinlər, bu ocağın qədir-qiymətini bilsinlər.
Fikirləşirdim ki, bu şərt nə üçündür? Burada bir eqoizm yoxdur ki? Cavabı “Qurani-Kərim”də tapa bildim. Burada qətiyyən eqoizm əlaməti yoxdur. Bu, Allahdan qaynaqlanan sevgini bəndələrlə paylaşan insanın bu ənənənin nəsillərdən-nəsillərə keçməsi qayğısına qalmasıdır. Yəni burada da şəxsi maraq arxa plana keçir, qədimdən gələn yaşamaq və var olmaq ənənəsinin özündən sonraya ötürülməsi ön plandadır. Görünür, Hüseyn müəllimdə bu müqəddəs xüsusiyyətin formalaşmasında qədim türk övliyalarının, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Yaşar Qarayevin və başqa nur sahiblərinin aydınlıq ənənəsi ciddi rol oynayıb. Azərbaycan folklorunu öyrənən ayrıca bir institutun yaradılması faktı bu qənaətə gəlmək üçün əsas verir. Dünyanın qabaqcıl dövlətlərində folklorun millətin formalaşmasında, dövlətçilik, siyasi-sosial və hüquqi tarixində oynadığı rola yeni yanaşmanın vüsət aldığı yeni bir dönəmdə onun əhəmiyyəti başqa bucaq altında daha aydın görünməkdədir. Aydın olur ki, istənilən toplumun yeniləşməsi (ona müasir elmdə “modernləşmə” deyirlər) onun ənənəsinin dərindən öyrənilməsinə bağlıdır. Qədimdən gələn milli-mənəvi kodlar – “kollektiv qeyri-şüuri faktorlar”, “sosial-psixoloji arxetiplər” və ya “sosial-tarixi arxetiplər” dərk edilmədən heç bir yeniləşmə mümkün deyil. Yəni ilk baxışdan paradoksal da olsa, yeniləşmək üçün kökünə qayıtmalısan, onun mahiyyətini dərk etməlisən, sosial-mədəni təkamül dinamikasını öyrənməlisən ki, sonrakı addımın boşluğa düşməsin. Bu qaydanı intuitiv və konkret elmi səviyyədə çoxları dərk edirdi, ancaq müasir dünya sübut edir ki, bu, ümumiyyətlə xalqın varolma qaydası – mövcudluq üsüludur. İndi müstəqilliyini yeni əldə etmiş və modernləşmək istəyən bütün ölkələrdə folkloru öyrənirlər, onun fəlsəfəsini yaradırlar və bu işdə müxtəlif ixtisas sahiblərinin əməkdaşlığını təşkil edirlər. Buyurun, Hüseyn müəllim hazır struktur yaradıb, konsepsiya ortaya qoyub, araşdırın. Fəaliyyət meydanı var, ustad var, mahir “oyunçular komandası” yaratmaq gərəkdir.
Millətin sabahına baxanda bu fikirlər doğrudur. Sübh çağı düşüncələr üçün qidadır. Ancaq sübh çağında insani enerji çox güclü olur, o, adamı həm də nəfsə sürükləyə bilir. Ona görə də gün ərzində insan həmin enerjini ilahi sevgiyə çevirməlidir. Bunun bir yolu var – Allah üçün, xalq üçün, toplum üçün, dünya üçün çalışmaq. Onu bacaranın sevgisi var, sevdikləri var və onu sevənlər var. Bu fikirlər Hüseyn müəllimgildə yarandı.

Sevgili adam, sevilən alim

Alimin sevilməsi nə gözəldir! Bunu seyr etmək də çox təsirli, qürürverici və ibrətamizdir! Hüseyn müəllimgildə onun yetirmələri (S.Rzasoy, S.Xavəri, S.Mustafayev, E.Qaliboğlu, S.Vəkilov və b.) özlərini evin adamı kimi aparırdılar, zarafatlaşır, ustadın qayğısını çəkir, onu əyləndirirdilər. Aralarında iki fidan da (Hikmət və Səfa) vardı, əsgərlikdən izn alıb gəlmişdilər. Onları seyr etdim, Hüseyn müəllimi necə sevirdilər? Hüseyn müəllim də onlarla qos-qoca dostları kimi davranırdı. Tez-tez “Allah qoysa, yaxşı olacaq”, – deyirdi. Ona ürək-dirək verməyə gələnlərə özü ruh verirdi. Hüseyn müəllim müvəqqəti olaraq fiziki xəstələnmişdi, ancaq ruhu sap-sağlam və sevgi ilə dolu yerində idi. Bir həqiqəti dərk etdim.
Hüseyn İsmayılovun folklora gəlişi təsadüfi deyil – adamın içində Allaha, xalqına, tarixinə, millətinin hər bir övladına böyük sevgisi olmalıdır. Başqa halda ondan folklorşünas olmaz. Heç bir konsepsiya və elmi-tədqiqat institutu yarada bilməz. Xalqın şifahi yaradacılığına hopmuş güclü enerjini duymaq və onu daşımaq qüdrətində olmaq üçün mütləq Allah sevigisinə sahib olmaq gərəkdir. Yəni təmənnasız, bütün dünyanı əhatə edən sevgi. Valideyn, millət sevgisi olmalıdır. Bu sevginin işığında folklorun qaranlıq kodlarına çıraq tuta bilərsən, onun arxasında duran və əsrlərin sinağında belə dəyişməyən məntiqini anlaya bilərsən. Bax, bu məqamda folklorla fəlsəfənin qarşılaşması, bir-birini tamamlaması lazım gəlir. Fəlsəfə folklorun insanların ruhuna daha dərindən sirayət etməsinə yardımçı ola bilər.
Hüseyn müəllimin sevilən alim olması mənim üçü kəşf oldu. Çünki alim kimi sevilməyin ayrı mənası var. İnsanın ruhu ilə intellektinin qovşağında yaranır bu sevgi. Ora isə çox həssas, dinamik və dəngəsi hər an pozula bilən, mənəviyyatla dolu sevgi məkanıdır. Kiçicik bir yanlışlıq hər şeyi korlaya bilir, sevgi zədələnir. Ona görə də sevilən alim olmaq çox şərəfli olduğu qədər də, “risqli” və çətindir. Hüseyn müəllimi ətrafındakılar həqiqətən sevirlər. Onların bunu deməsinə qətiyyən ehtiyac yox idi. Münasibət, davranış və qayğı hər şeyi açıq göstərirdi. Allah bunları bizlərə çox görməsin.

İnsan son söz deyə bilməz

Bizim belə bir iddiamız da yoxdur – son söz həmişə Allahındır. Çünki Yaradan odur. Ancaq xalqımızın və dövlətimizin var olması arzusu içimizdədir, bu arzu tükənən deyil. O arzulardan biri də Hüseyn müəllimin öz fiziki bitkinliyinə daha tez çatıb, işini öncəki sevgi ilə davam etdirməsidir. Hüseyn müəllim indidən işinin başındadır. Azərbaycan folklorunun nəhənglərindən birinin institutunda çalışan hər bir insanın istəyi tədqiqatların davam etdirilməsi, “ortaq türk keçmişindən ortaq türk gələcəyinə” amalı və amacı uğrunda mübarizənin sabahının işıqlı olmasıdır. İşdə Hüseyn müəllim hər bir davranışı, hər addımı ilə çalışmaq həvəsini, qətiyyətini və iradəsini nümayiş etdirir. Hüseyn müəllim bu tədqiqatların lokomotivi olmaq bacarığını hər an göstərir. Onun yaratdığı ocaq həmişə şölə saçmalıdır. Bu, kimsəyə yox, xalqa, millətə və dövlətə lazımdır. Bütün fəaliyyəti boyu insanlara qabiliyyəti, mənəvi keyfiyyəti və əxlaqı müstəvisində baxan Hüseyn müəllimin ətrafında Azərbaycanın bütün bölgələrindən olanlar var. Bunu deməmək də olardı. Ancaq millət məsələsində, kadr seçimində bu xüsusiyyətə sahib olan insanlarımız həm də necə birləşməyin, millətləşməyin, dövlətləşməyin canlı nümunələridirlər. Hüseyn müəllim bu mənada özünün həyat müəllimi və amalı kimi daim ulu öndər Heydər Əliyevin adını çəkir. O, böyük şəxsiyyəti dərk edərək sevir, gördüyü işlərin arxasında duran fəlsəfəni əxz edir. Millət və dövlətin inkişafında Heydər Əliyev fəlsəfəsinin tələb etdiyi məqamları heç vaxt unutmur. Bunları Hüseyn müəllim həmişə deyir və əməlində də sübut edir.
Azərbaycan xalqının folklorunun qorunması və tədqiqi dövlətin strateji vəzifələrindən biridir. İndi ideoloji savaş elə çalarlar kəsb edir ki, hansı incə məqamların meydana çıxa biləcəyini proqnozlaşdımaq xeyli çətindir. Bəzən folklora ənənəvi elmi prizmadan baxanlar onun ayrıca institut səviyyəsində tədqiqinə ehtiyac görmürlər. Bu mövqenin yanlış olduğuna şübhə etmirik. Çünki folklor xalqın mənəvi dünyasının aynasıdır, onu arxa plana atmaq və yaxud məhdud çərçivəyə salmaq olmaz. Folklor nağıl danışmaq və ya bayatı deməklə çərçivələnmir, ona millətin tarixinin, mənəvi-əxlaqi dünyasının, sosial, siyasi, hüquqi, mental həyatının sistemyaradıcı faktorlarından biri kimi yanaşmaq lazımdır. Bu da daim tədqiqat sahəsini genişləndirmək, dərinləşdirmək və inkişaf etdirməyi tələb edir. Ona görə də folklorun tədqiqini məhdudlaşdırmaq yox, ona fərqli bucaq altında yanaşmaq metodologiyasını hazırlaya biləcək mütəxəssislər cəlb etmək gərəkdir. Ortada millətin mənəviyyatının, mentalitetinin, dövlətçiliyinin və uğurlu modernləşməsinin taleyi vardır. Hüseyn müəllimin də taleyi bundan kənarda deyil. Folklorumuzu və Hüseyn müəllimi qorumaq lazımdır!

FÜZULİ QURBANOV,

fəlsəfə elmləri doktoru,
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu
İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.