Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

 

AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri Dr. Seyfəddin Rzasoy Qafqaz Universitetində dəyirmi masaya dəvət olundu

18 may 2010-cu il tarixində Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölümü tələbələrinin AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri Dr. Seyfəddin Rzasoy ilə Dəyirmi masa söhbəti olmuşdur. Görüşü giriş sözü ilə açan Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölüm başqanı prof. Akif Hüseynli rəhbərlik etdiyi bölümdə mütəmadi olaraq şair-yazıçı və elm xadimləri ilə görüşlərin təşkil olunduğunu bildirərək, bu kimi görüşlərin əhəmiyyəti haqqında danışıb qonağı salamladı. Daha sonra Seyfəddin Rzasoyun elmi fəaliyyəti haqqında tələbələrə dolğun məlumat verən Akif Hüseynli Seyfəddin Rzasoyu türk epos, ritual və mifologiyasının tədqiqi ilə məşğul olan alim, öz sahəsində əvəzolunmaz bir tədqiqatçı kimi təqdim etdi.

Azərbaycan folklorşünaslığının qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışan Seyfəddin Rzasoy mifologiyaya aid araşdırmaları haqqında da tələbələri məlumatlandırdı. Alim Türk mifologiyası, dünya modeli, “Kitabi Dədə Qorqud” dastanında mifologiya məsələləri haqqında elmdə yeni olan məlumatları tələbələrin diqqətinə çatdırdı. Daha sonra söhbət tələbələrin suallarına verilən cavablarla davam etdi.
Dəyirmi masa söhbətinin yekununda Akif Hüseyinli gələcəkdə də Seyfəddin Rzasoyla belə görüşlərin təşkil olunacağını, tələbələrin görüşünə dəvət ediləcəyini bildirdi.
Söhbətin sonunda müəllif kitablarını tələbələrə təqdim etdi.

AMEA-nın Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.