Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

«ORTAQ TÜRK KEÇMİŞİNDƏN ORTAQ TÜRK GƏLƏCƏYİNƏ»

VI ULUSLARARASI FOLKLOR KONFRANSI

Bakı – Azərbaycan, 14-15 oktyabr 2010-cu il

 

Azərbaycanda folklorun aktual problemləri ilə məşğul olan mütəxəssislərin müntəzəm olaraq görüşlərini və elmi fikir mübadilələrini təmin etmək zəruri və vacib məsələlərdəndir. Məhz bu məqsədlə, bununla yanaşı, Azərbaycandakı folklor tədqiqatlarını dünya standartlarına uyğunlaşdırmaq, elmi inteqrasiyanın miqyasını genişləndirmək, qlobal folklor prosesləri ilə ayaqlaşmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu müntəzəm şəkil almış beynəlxalq simpoziumlar silsiləsindən növbəti konfransını keçirir. «ORTAQ TÜRK KEÇMİŞİNDƏN ORTAQ TÜRK GƏLƏCƏYİNƏ» VI Uluslararası Folklor Konfansı cari ilin OKTYABR ayında Bakı şəhərində keçiriləcəkdir.
Konfransa Türk xalqlarının folkloru və folklorşünaslığın aktual problemlərini araşdıran mütəxəssislər, ümumiyyətlə, Azərbaycan mənəvi mədəniyyətinin müxtəlif sahələri ilə məşğul olan tədqiqatçılar qatıla bilər.
Bu il konfrasın problematikası «TÜRK EPİK ƏNƏNƏSİNDƏ DASTAN» kimi müəyyənləşdirilmişdir.
Konfransda iştirak etmək istəyənlər Qatılım Formunu dolduraraq məruzənin tezisləri ilə birlikdə 1 iyul 2010-cu il tarixinə kimi Konfransın Təşkilat Komitəsinə göndərməlidirlər.

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ:


Konfrans Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən təşkil olunur.
Həmsədrlər: Mahmud Kərimov – AMEA-nın prezidenti, akademik
Hüseyn İsmayılov – Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
Katib: Afaq Xürrəmqızı – fəlsəfə doktoru
Dəyərləndirmə heyəti: f.e.d., prof. Tofiq Hacıyev
f.e.d., prof. İsrafil Abbasov
f.e.d., dos.Ramil Əliyev

KONFRANSIN QAYDALARI:

1. Təqdim olunan Qatılım Formu 1 iyul 2010-cu il tarixinə qədər doldurularaq, məruzə başlığı və xülasə (tezislər) ilə birlikdə Təşkilat Komitəsinə göndərilməlidir. Məruzənin tam mətni isə 15 sentyabr 2010-cu ilə qədər e-mail və ya CD ilə həmin Komitəyə çatdırılmalıdır. İnternet bağlantısı olmayan iştirakçılar məruzələrinin xülasə və tam mətnini birlikdə göndərə bilərlər.
2. Göndərilən xülasələr əsasında Elmi Heyət tərəfindən dəyərləndirmələr aparılıb sizə məlumat veriləcəkdir. Sizinlə sürətli əlaqə qurmaq üçün özünüzün və ya bir yaxınınızın telefon və faks nömrələrini, e-mail ünvanını mütləq yazın.
3. Konfransa göndəriləcək xülasələr A4 formatında 2 səhifədən, məruzələr isə 15 səhifədən çox olmamaq şərtilə Word proqramında Times New Roman (Alk-Az-TmsL, A3Times Az Lat) 14 şriftində yığılmalıdır. Bu qaydalara uyğun olmayan materiallar qəbul edilməyəcəkdir.
4. Dəyərləndirmədən keçməyənlərin materialları geri qaytarılmayacaqdır.
5. Məruzələr türk dillərində, rus və ingiliscə yazıla bilər.
6. Məruzələr kitab şəklində çap ediləcəkdir.
7. Ölkə xaricindən olan iştirakçıların avtobusla gəliş haqları ödəniləcəkdir.
8. Otel və qonaqlıq xərcləri tərəfimizdən ödəniləcəkdir.

 

Qatılım Formu

Adı , soyadı :

 

Təşkilat :

 

Vəzifəsi :

 

Poçt ünvanı :

 

Telefon :

 

Fax :

 

Elektron poçtu ( e-mail )

 

Ölkə :

 

Qısa tərcümeyi - hal , ən mü ­ hüm əsərlərinizin siya ­ hı ­ sı , nəşr ili , yeri (500 işarəni keçməmək şərti ilə )

 

 

 

Təşkilat Komitəsi ilə əlaqə:


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu

Tel: (99 412) 498 81 08
(99 412) 492 92 48
050 395 24 00 (konfransın katibi)
Faks: (99 412) 498 16 21
E-mail: azfolklor@yahoo.com
Veb: www.folklorinstitutu.com

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.