Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

“Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni sayı işıq üzü gördü


AMEA Folklor İnstitutunun dövrü nəşrlərindən olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 2009-cu il üçün olan dördüncü sayı işıq üzü görüb. İldə dörd sayı işıq üzü görən bu elmi-ədəbi toplunun əsas hissəsini qorqudşünaslıq, eləcə də folklorşünaslığa dair yeni araşdırmalar təşkil edir. Burada həmçinin yeni toplanılmış, yaxud digər dillərdən tərcümə olunmuş folklor nümunələri də işıq üzü görür ki, bu da “Dədə Qorqud” elmi-ədəbi toplusunu daha da önəmli edir. Ənənəvi olaraq elmi-ədəbi toplunun bu sayı da qorqudşünaslığa dair yeni araşdırmalarla başlayır. ““Dədə Qorqud Kitabı”nın akademik izahlı lüğətinin hazırlanması təcrübəsi” (p.e.n A.Hacıyev), “ “Dədə Qorqud Kitabı” və milli-etnik yaddaşın repressiyası tarixi” (f.e.d. C.Qasımov) kimi məqalələr bu sıradandır.
Topluda folklorşünaslığın ümumi problemləri ilə bağlı olan “Ulu Şirvanın sənətkar oğlu və ya Aşıq Ağalar dünyası” (f.e.d. S.Qəniyev), “Od-ocaqla bağlı inanclarımızın mifik kökləri” (S.Altaylı), “Şumer mifləri və “Qız qalası” əfsanəsi” (f.e.n. İ.Sadıq), “Azərbaycan andlarının janr səciyyəsi” (f.e.n. A.Xəlil) və s. kimi məqalələr yer almışdır.
“Musiqi folkloru” bölməsində isə ““Aşıq Qərib” dastanında “Qaraçı” havasının musiqişünaslıq təhlili məsələləri” (sən.e.n. N.Rəhimbəyli) məqaləsi işıq üzü görmüşdür.
“Azərbaycan folklorundan yeni nümunələr” bölməsində isə “QƏXTMT”də əski əlifba ilə dərc olunmuş folklor nümunələri latın qrafikasına çevrilərək (S.Kərimova) çap olunmuşdur.
“Folklorşünas təqvimi” başlığında isə görkəmli Türkiyə folklorşünas alimi Saim Sakaoğlunun 70 yaşı ilə bağlı məqalə işıq üzü görmüşdür (N.Qurbanov).

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.